Azərbaycan və Vyetnam prezidentləri arasında məktub mübadiləsi oldu

Azərbaycan və Vyetnam prezidentləri arasında məktub mübadiləsi olduVyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Suan Fuk Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.
KONKRET.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Vyetnam ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Vyetnam dövləti və xalqı adından Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.
Son 30 ildə ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin inkişaf etməsi və möhkəmlənməsi məmnunluq doğurur. Birgə səylərimizlə Vyetnam və Azərbaycan arasında ölkələrimizin inkişafına fəal şəkildə töhfə verən və ikitərəfli əlaqələr üçün möhkəm təməl yaradan dostluq və hərtərəfli əməkdaşlıq münasibətləri qurulmuşdur.
Mən qəti şəkildə inanıram ki, hər iki ölkənin liderlərinin iradəsi və əzmkarlığı, nazirliklərin və digər qurumların birgə səyləri, eləcə də xalqlarımız arasında əlaqələr sayəsində Vyetnam-Azərbaycan əməkdaşlığı dövlətlərimizin mənafeyi, həmçinin dünyada sülh və inkişaf naminə bundan sonra daha da möhkəmlənəcək və genişlənəcəkdir.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm".
Azərbaycan Prezidenti İlham Əliyev də Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Suan Fuka məktub göndərib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Sentyabrın 23-də Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Bu əlamətdar tarix münasibətilə Sizi və dost xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətlərinin əsası hələ ötən əsrdə xalqımızın Ümummilli Lideri Heydər Əliyev və Vyetnam xalqının böyük oğlu Ho Şi Min tərəfindən qoyulmuşdur. Məmnunluqla qeyd etmək istərdim ki, bu əlaqələr uğurla davam etdirilərək son otuz ildə yüksələn xətt üzrə inkişaf etmiş və hazırkı səviyyəyə çatmışdır.
Biz Azərbaycan-Vyetnam münasibətlərinə böyük əhəmiyyət veririk. Sağlam təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz, siyasi, ticari, iqtisadi, mədəni və digər sahələrdə səmərəli əməkdaşlığımız bizi sevindirir.
Eyni zamanda, beynəlxalq təşkilatlar, xüsusilə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan konstruktiv əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Vyetnamın beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyinə və ədalətli mövqeyinə görə minnətdarıq.
Bu gün iqtisadi-ticari, enerji, nəqliyyat, kənd təsərrüfatı, sərmayə qoyuluşu və digər sahələrdə tərəfdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün yaxşı imkanlar vardır. İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Vyetnam arasında əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Xəbərlər     Tarix: 23 sentyabr 2022

Oxşar xəbərlər

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Azərbaycanda mənzil və avtomobillər kimlərə pulsuz verilir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı kateqoriyalardan olan şəxslərin mənzil və avtomobillə təminatı istiqamətində iş aparılır. Maraqlıdır ki, mənzillər və avtomobillər kimlərə pulsuz verilir? Ümumiyyətl

Startaplar üçün yeni vergi güzəştləri olacaq

2027-ci il yanvarın 1-dən 10 il müddətinə iştirak payı və ya səhm mikro və kiçik sahibkarlıq subyekti olan "Startap" şəhadətnaməsi və ya texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və digər fəaliyyətl

Dövlət qulluqçusu artıq işləsə, əlavə pul alacaq

Dövlət qulluqçularının iş vaxtı və əlavə işə görə ödəniş mexanizmi Dövlət Qulluğu Məcəlləsinin layihəsində ayrıca göstərilib. xəbər verir ki, layihəyə əsasən, dövlət qulluğunda normal qulluq vaxtı həftədə 40 saat müəyyə

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Pensiyalar eyni faizlə artırılmayacaq

Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən

Minimum əməkhaqqı ilə bağlı - YENİLİK GÖZLƏNİLİR

Ötən il Əmək Məcəlləsinə minimum əməkhaqqı məbləğinə hər il azı bir dəfə yenidən baxılmasına dair yeni müddəa əlavə olunub. Bu isə minimum əməkhaqqının 2027-ci il üçün artacağı ehtimalını yaradır. xəbər verir ki, Milli Məclisi


iqtisadi xeberler kripto pul qazanmaq internetden pul qazanmaq bank faizleri