Azərbaycan XİN Pakistana başsağlığı verdi
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda baş verən daşqınlarla əlaqədar bu ölkəyə başsağlığı verib.
Bu barədə azxeber.com Azərbaycan XİN-in tviter səhifəsində istinadən xəbər verir.
"Qardaş Pakistanda baş verən daşqınlarla bağlı xəbərdən dərin kədərləndik. Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların hamısına şəfa diləyirik. Biz qardaş Pakistan İslam Respublikasının xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik", - başsağlığıda deyilir.
Son məlumata görə, Pakistanda leysan yağışlar 900-dən çox insanın həyatına son qoyub. Ölənlər arasında 300-dən çox uşaq, 200-dən çox qadın var.
Təbii fəlakət zamanı 1 343 nəfər xəsarət alıb. Yerli mətbuatın məlumatına görə, təbii fəlakətdən ümumilikdə 33 milyona yaxın insan zərər çəkib 39 mindən çox ev tamamilə dağılıb. Daşqınlardan ümumilikdə 670 minə yaxın ev ziyan çəkib.
Hökumətin yardım və reabilitasiya səyləri üçün yüz milyardlarla rupiyə ehtiyacı var. İyun-sentyabr aylarında Cənubi Asiyada mövcud olan musson yağışlar hər il təbii fəlakətlərə çevrilir.
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət