Azərbaycana turist ən çox bu ölkələrdən gəlir

Azərbaycana turist ən çox bu ölkələrdən gəlir2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasına dünyanın 183 ölkəsindən 1343,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 33,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu barədə KONKRET.az-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Qeyd edilib ki, gələnlərin 31,7 faizi Rusiya Federasiyası, 17,7 faizi Türkiyə, 7,5 faizi İran, 4,9 faizi Hindistan, 4,7 faizi Gürcüstan, 4,4 faizi Səudiyyə Ərəbistanı, 2,6 faizi Qazaxıstan, 2,4 faizi Pakistan, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan, 1,6 faizi İsrail, hər birindən 1,5 faiz olmaqla Küveyt və Ukrayna, 1,4 faizi Belarus, 1,2 faizi Türkmənistan, 1,1 faizi Böyük Britaniya, 11,9 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 69,9 faizini kişilər, 30,1 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 8,2 dəfə, Türkmənistandan – 3,2 dəfə, Hindistandan – 2,4 dəfə, Özbəkistandan – 1,8 dəfə, Qazaxıstandan – 1,8 dəfə, Belarusdan – 1,7 dəfə, Rusiya Federasiyasından – 1,6 dəfə, İtaliyadan – 1,5 dəfə, ABŞ-dan – 39,5 faiz, İsraildən – 39,2 faiz, Gürcüstandan – 32,9 faiz, Böyük Britaniyadan – 27,0 faiz, Küveytdən – 22,3 faiz, Türkiyədən – 19,6 faiz, Almaniyadan – 18,6 faiz, Birləşmiş Ərəb Əmirliklərindən – 11,8 faiz, Ukraynadan – 5,1 faiz artıb.
2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 549,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 37,8 faiz artaraq 67,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 10,2 faiz azalaraq 228,4 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,9 faizi hava, 26,7 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 23,0 faiz artaraq 1209,0 min nəfər olmuşdur. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,5 dəfə, Gürcüstana gedənlərin sayı 33,6 faiz, Türkiyəyə gedənlərin sayı 13,7 faiz artmış, İrana gedənlərin sayı 20,0 faiz azalmışdır. Ölkə vətəndaşlarının 44,3 faizi Türkiyəyə, 21,3 faizi Rusiya Federasiyasına, 9,1 faizi Gürcüstana, 7,4 faizi İrana, 17,9 faizi digər ölkələrə səfər edib. Gedənlərin 65,1 faizini kişilər, 34,9 faizini qadınlar təşkil edib.
2023-cü ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,6 faizi hava, 28,8 faizi dəmir yolu və avtomobil, 2,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Xəbərlər     Tarix: 22 sentyabr 2023

Oxşar xəbərlər

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları


iqtisadi xeberler en son xeberler bitkoin almaq online pul qazanmaq biznes ideyalari