Azərbaycanda 250 qram qara kürünü 822 manata satan – HOLDİNQ ZƏRƏRDƏN ÇIXA BİLMİR
Azərbaycanda qara kürü üzrə ölkənin əsas istehsalçısı olan "Lu-Mun Holdinq" ardıcıl olaraq 3-cü il zərər açıqlayır.
FED.az xəbər verir ki, Holdinq 2021-ci ilin hesabatını açıqlayıb. KPMG audit şirkətinin hazırladığı hesabatın ictimaiyyətə açıqlanan bir hissəsi nə əsasən "Lu Mun Holdinq" 2021-ci ili 16,3 milyon manat zərərlə başa vurub.
Qeyd edək ki, "Lu Mun Holdinq" özündə balıq və qara kürü, çiçək və güllər, quşçuluq və orqanik məhsulların istehsalını birləşdirir.
FED.az-ın məlumatına görə, 2021-ci ildə şirkətin satış həcmi 55 milyon manat, satışın maya dəyəri 53,8 milyon manat, bioloji aktivlərin dəyişməsi isə 2 milyon 346 min manat olub. Nəticədə şirkətin xalis satış gəliri 3,5 milyon manat olub.
Bundan əlavə şirkət 521 min manatlıq digər gəlir də ildə edib.
Qeyd edək ki, 2020-ci illə müqayisədə 2021-ci ildə "Lu Mun Holdinq"in satış həcmi 12 milyon manatdan artıq yüksəlib, amma proporsional olaraq satışın maya dəyəri də artıb.
Ona görə də 2020-ci illə müqayisədə xalis satış gəliri 2 dəfə azalıb – 2020-ci ildə 7,3 milyon manat idi.
2021-ci ildə "Lu Mun Holdinq"in inzibati xərcləri 9,3 milyon manat, əmək haqqı xərcləri isə 6 milyon manat olub.
Nəticədə şirkət ili 11,3 milyon manat əməliyat zərəri ilə başa vurub. Xatırladaq ki, 2020-ci ildə bu göstərici, yəni əməliyyat zərəri 27,8 milyon manat idi.
Bundan başqa, şirkətin 4,5 milyon manatlıq maliyyə xərcləri və 421 min manat vergi xərcləri lə olub.
Nəticədə "Lu Mun Holdinq" 2021-ci ili 16,3 milyon manat, daha dəqiqi 16 milyon 315 min manat xalis zərərlə başa vurub.
Xatırladaq ki, şirkət artıq 3-cü ildir ki, zərər edir. 2019-cu ildə "Lu Mun Holdinq" 12,3 milyon manat, 2020-ci ildə isə 31,2 milyon manat zərərlə tamamlamışdı.
Başqa son 3 ildə Holdinqin ümumi zərəri 60 milyon manata çatıb.
2021-ci ildə "Lu Mun Holdinq"in aktivləri 13 milyon manat artaraq 151,4 milyon manata yüksəlib.
Öhdəlikləri isə 18 milyon manat artaraq 52 milyon manatdan 70 milyon manata yüksəlib.
Əvəzində "Lu Mun Holdinq"in kapitalı təqribən 5,2 milyon manat azalaraq 86,6 milyon manatdan 81,4 milyon manata enib.
Xatırladaq ki, hazırda Azərbaycanda istehsal olunan ən bahalı qara kürü "Lu Mun Holdinq" tərəfindən istehsal edilir və satılır. Şirkətin butik mağazalarında "Sevruga" qara kürüsünün 250 qramı 420 manata, "Osetra" kürüsünün 250 qramı 605 manata, "Beloga" kürüsünün 250 qramı isə 822 manata, yəni kiloramı 3000 manatdan artıq qiymətə satılır. 


Azərbaycanda şirkətlər ayrıldı - NİZAMNAMƏ KAPİTALI 50 MİN MANAT AZALDILDI
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
AccessBank 75 milyon dollaarlıq kredit xətti cəlb edib
Kart mədaxillərinə niyə limit tətbiq edildi? Səbəb açıqlandı
Beynəlxalq reytinq agentliyi "AFB Bank"a "Stabil" qiymətini verdi
"Bank VTB (Azərbaycan)" növbədənkənar yığıncaq keçirir
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Azərbaycanda 7 şirkət ləğv edildi – EYNİ HOLDİNQƏ QOŞULDU
ASA-nın İcraçı direktorunun adına saxta hesab yaradılıb yanlış məlumatlar paylaşılır - RƏSMİ AÇIQLAMA
VTB-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcəkdir
Onlayn biznes növləri
Ən bahalı otellər hansılardır?
İban nədir?
Startup nədir və necə olur?
Biznes nədir?