Azərbaycanda 65 mindən çox kommersiya qurumunun vəziyyəti qeyri-aktivdir

Azərbaycanda 65 mindən çox kommersiya qurumunun vəziyyəti qeyri-aktivdirDekabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 188 min 877 vahid təşkil edib. Dövlət qeydiyyatında olan 123 min 682 kommersiya qurumunun vəziyyəti aktiv, 65 min 195 kommersiya qurumunun vəziyyəti qeyri-aktiv olub.
Yeni vergi güzəştləri müəyyənləşir
FED.az xəbər verir ki, 2024-cü ilin dekabr ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 590 min 659 vergi ödəyicisinin 87,1 faizi fiziki şəxslər, 12,9 faizi isə hüquqi şəxslər və digər təşkilatlar olub.
Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,5 faiz, o cümlədən fiziki şəxslərin sayı 5,3 faiz, hüquqi şəxslərin sayı 7,2 faiz artıb. 
Dekabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 188 min 877 vahid təşkil edib və ötən ilin eyni dövrünə nisbətən 7,9 faiz artıb.
2024-cü ilin yanvar-noyabr aylarında 12 min 907 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 89,2 faiz-i yerli investisiyalı, 10,8 faizi xarici investisiyalı müəssisələrdir. Yerli investisiyalı MMC-lərin e-qeydiyyatda xüsusi çəkisi 93,6 faiz təşkil edib. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 10 min 713-ü elektron qaydada qeydiyyatdan keçib, onlardan 8 min 677-si Asan İmza ilə, 1995-i "FİN kod + mobil nömrə" üsulu ilə, 41-i isə "SİMA" rəqəmsal imza vasitəsilə edilmiş müraciətlər əsasında qeydə alınıb.
Dekabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 39 min 847 vahid təşkil edərək əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,2 faiz təşkil edib.
Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,4 faizi MMC, 1,2 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.
Dekabr ayının 1-nə dövlət qeydiyyatında olan 123 min 682 kommersiya qurumunun vəziyyəti aktiv, 65 min 195 kommersiya qurumunun vəziyyəti qeyri-aktiv olub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 10,9 faiz artıb.
Naxçıvanda vergi ödəyicilərinin sayı 13,3 faiz artıb
2024-cü ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında 6 min 253 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Onların 5 min 983-ü fiziki şəxslər, 270-i isə hüquqi şəxslər və digər təşkilatlar olub. Qeydiyyata alınmış vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz artıb.
Bu ilin 11 ayı ərzində kommersiya qurumlarının 81,8 faizi elektron qaydada, 18,2 faizi isə kağız daşıyıcısında müraciətlər əsasında qeydiyyata alınıb.

Biznes     Tarix: 13 dekabr 2024

Oxşar xəbərlər

Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb

Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb. Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO. xəbə

İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı

Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. "Şəki Yaylası"ndakı hadisə il

Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanda 418 Azərbaycan investisiyalı şirkət qeydiyyata alınıb. xəbər verir ki, bu barədə Gürcüstanın "BusinessPress" nəşri yazıb. Gürcüstanın Milli Statistika İdarəsinin məlumatın

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR

"A-Z Smart Meters" MMC (VÖEN: 1906782361) nizamnamə kapitalını artırır. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr


iqtisadi xeberler bitkoin qiymeti valyuta xeberleri bitkoin almaq kicik biznes