"Azərbaycanda bank sayı çoxdur, bir neçə bankın bağlanması ehtimalı yüksəkdir"

İqtisadçı Samir Əliyev hesab edir ki, bank lisenziyasının ləğv edilməsi prosesi "Günay Bank" ASC ilə yekunlaşmayacaq. 
Onun sözlərinə görə, bir neçə bank var ki, onların bağlanmaq ehtimalı yüksəkdir:
"Bu, həm də ölkədə aparılan bank siyasətinin tərkib hissəsidir. Azərbaycan iqtisadiyyatı üçün mövcud bank sayı çoxdur. Son 10 ildə bankların sayı 45-dən 24-ə endirilib. Yaxın illərdə onların sayı 20-dən də aşağı düşəcək. Bunun həm də dünyada blokçeyn texnologiyasının tətbiqi fonunda müşahidə edilən bankların sayının azaldılması tendensiyası da tələb edir",- Samir Əliyev bildirib.
Qeyd edək ki, "Günay Bank" ASC-nin  lisenziyasının ləğv edilməsindən sonra Azərbaycanda fəaliyyət göstərən bankların sayı 25-dən 24-ə düüşb.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə,  "Günay Bank" ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur.
Həmçinin oxu
"Günay Bank"ın lisenziyası ləğv edildi
Mayın əvvəlində Mərkəzi Bankın sədri Taleh Kazımov, "Bəzi bankların maliyyə göstəricilərində çağırışlar var",deyərək bir sıra banklarda problem olduğuna işarə etmişdi.
"Biz onlar ilə çox sıx çalışırıq. Sevindirici məsələ ondan ibarətdir ki, çağırışlar olan banklar sistem əhəmiyyətli deyil. Qeyd etdiyim kimi, onlar ilə çalışırıq və ümidvaram ki, bundan sonra bizim maliyyə sektorumuz dayanıqlılıq nöqteyi-nəzərdən güclənəcək",- Kazımov demişdi. 
Taleh Kazımov "maliyyə sektorunun durumunu çox qənaətbəxş qəbul edirəm" demiş və əlavə etmişdi:
"Təmziləyici qurumun rəhbəri olaraq maliyyə sektorunun durumunu çox qənaətbəxş qəbul edirəm. Sektor üçün əsas risklər - kredit riski və əməliyyat riskidir. Kredit portfelinin keyfiyyəti qənaətbəxşdir. Bankların əksəriyyəti pərakəndə bankçılıqda fəaliyyət göstərir. Qeyri-işlək kreditlərin portfeldə xüsusi çəkisi cəmi 3,7%-dir. İqtisadiyyatımızın durumu nöqteyi-nəzərdən maliyyə sektorumuz çox güclüdür. Siz soruşsanız ki, "maliyyə sektorunun durumundan razısınız?", sozsüz ki, "yox". Qarşıya qoyduğumuz islahatlardan irəli gəlir ki, bizim maliyyə sektorumuz iqtisadi inkişafda rolu artsın, onlar həm risklərin idarə edilməsi sahəsində, həm korporativ idarəetmə sahəsində qabaqcıl təcrübələri tətbiq etməyə başlasınlar, bununla öz maliyyə dayanıqlıqlarını gücləndirsinlər. Əsasən də, istəyimiz odur ki, əhalinin əmanətləri, onların hüquqları müdafiə olunsun və iqtisadi inkişafa dəstək olsunlar". / marja.az

Banklar     Tarix: 17 may 2023

Oxşar xəbərlər

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların


iqtisadi xeberler bu gunun xeberleri investisiya dollar mezenne pul qazanmaq