Rabitəbank Zəfər Günü ərəfəsində şəhid ailələrini ziyarət edib

Rabitəbank Zəfər Günü ərəfəsində şəhid ailələrini ziyarət edib"Rabitəbank" ASC korporativ sosial məsuliyyət strategiyası çərçivəsində Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinə dəstəyini davam etdirir.
Zəfər Günü ərəfəsində Rabitəbankın təşkilatçılığı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və yerli icra hakimiyyətlərinin dəstəyi ilə Masallı, Lənkəran və Lerik rayonlarında yaşayan 100-dən artıq şəhid ailəsi ziyarət olunub.
Ziyarətlər zamanı bankın rəhbər heyəti və əməkdaşları şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edib, ailələrinə ərzaq sovqatı təqdim ediblər. Bu təşəbbüs, təkcə maddi yardım deyil, həm də şəhid ailələrinə mənəvi dəstək göstərmək, onların daim cəmiyyətin diqqət mərkəzində olduqlarını hiss etdirmək məqsədi daşıyıb.
Rabitəbank uzun illərdir şəhid ailələri, qazilər və onların yaxınlarına dəstək məqsədilə müxtəlif sosial layihələr həyata keçirir. Bank, Vətən müharibəsi dövründən bu günə qədər bu istiqamətdə çoxsaylı təşəbbüslər reallaşdıraraq sosial məsuliyyət prinsiplərini fəaliyyətinin ayrılmaz hissəsinə çevirib.
Qeyd edək ki, hal-hazırda "Rabitəbank" ASC 18 region və Bakı şəhəri üzrə ümumilikdə 29 xidmət məntəqəsi, 75 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "Rabita Business" tətbiqi, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Rabitəbank Zəfər Günü ərəfəsində şəhid ailələrini ziyarət edib/ banker.az

Banklar     Tarix: 06 noyabr 2025

Oxşar xəbərlər

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler rubl mezenne bitcoin biznes qurmaq dollarin kursu bu gun