Azərbaycanda biznes niyə artıq "köhnə qaydada" işləmək istəmir?

Azərbaycanda biznes niyə artıq Azərbaycanda hər il aprelin 25-i Sahibkarlar Günü kimi qeyd olunur.
 biznes və maliyyə xəbərləri portalı "Qafqazinfo"ya istinadən xəbər verir ki, ölkəmizdə sahibkarlıq mühiti son illərdə təkcə iqtisadi göstəricilər baxımından deyil, işin təşkil olunma formasına görə də dəyişir. Əgər əvvəllər biznes prosesləri fiziki iştirak, kağız sənədlər və vaxt aparan prosedurlarla bağlı idisə, bu gün həmin model sürətlə rəqəmsal alternativlərlə əvəzlənir.
Bu transformasiyanın ən görünən elementlərindən biri elektron imza texnologiyalarının gündəlik biznes fəaliyyətinə inteqrasiyasıdır. Xüsusilə mobil əsaslı həllər sahibkarın iş rejimini köklü şəkildə dəyişməyə başlayıb.
Problem: vaxt itkisi və fiziki asılılıq
Bir neçə il əvvələ qədər Azərbaycanda sahibkar üçün adi iş günü çox vaxt inzibati prosedurlarla başlayırdı. Bank filialına getmək, müqavilə imzalamaq, vergi sənədlərini təqdim etmək  - bütün bunlar fiziki iştirak tələb edən proseslər idi.
Məsələn, kiçik və orta biznes sahibi üçün yeni hesab açmaq və ya müqavilə təsdiqləmək bəzən bir neçə saat, hətta gün çəkə bilirdi. Səfərdə olan sahibkar isə işini yarımçıq qoyaraq geri qayıtmalı olurdu. Bu model biznesin sürətini məhdudlaşdırır və əlavə əməliyyat xərcləri yaradırdı.
İndi artıq kağız müqavilələr, fiziki möhürlər və filiallara səfərlər tədricən yerini mobil həllərə verir. Bu dəyişiklik sahibkara təkcə vaxt qazandırmır, həm də qərarvermə sürətini artırır.
"SİMA İmza"nın bizneslərə təsiri
Azərbaycanda bu transformasiyanın ən diqqətçəkən nümunələrindən biri "SİMA İmza"dır.
Sistem istifadəçiyə sadəcə mobil telefon vasitəsilə identifikasiya olunaraq elektron imza əldə etməyə imkan verir. Nəticədə sahibkar artıq sənəd imzalamaq üçün fiziki ünvana getmək, növbə gözləmək və ya iş prosesini dayandırmaq məcburiyyətində qalmır.
Bank, vergi və gömrük əməliyyatlarının məsafədən icrası sahibkarların əməliyyat xərclərini azaldır, prosesləri isə daha çevik edir, imza prosesi bir neçə dəqiqəlik rəqəmsal əməliyyata çevrilir.
SİMA-nın QR paylaşım funksiyası da burada ayrıca diqqət çəkir. Bu imkan sayəsində sahibkar imza səlahiyyətini tək istifadəlik formatda mühasibə də ötürə bilir.
Bir iş günü necə dəyişir?
Rəqəmsal imzanın təsirini ən yaxşı gündəlik iş prosesində görmək mümkündür.
Məsələn, regionda fəaliyyət göstərən bir sahibkarı götürək. Əvvəllər o, bank əməliyyatları və ya müqavilə imzalamaq üçün paytaxta gəlməli, vaxt və resurs sərf etməli idi. İndi isə eyni əməliyyatları mobil telefon vasitəsilə yerindən çıxmadan həyata keçirə bilir.
Eyni yanaşma mühasibatlıq proseslərinə də təsir edir. Sahibkar sənədləri fiziki olaraq imzalamaq əvəzinə, rəqəmsal imza ilə təsdiqləyir və lazım gəldikdə imza səlahiyyətini müvəqqəti olaraq əməkdaşına ötürə bilir. Bu isə xüsusilə komanda ilə işləyən bizneslərdə operativliyi artırır.
Rəqəmlər nə deyir?
Transformasiyanın miqyasını rəqəmlər daha aydın göstərir.
Hazırda "SİMA İmza" tətbiqinin istifadəçi sayı 6 milyonu ötüb. Tətbiq üzərindən alınan biznes imzalarının sayı isə minlərlədir. Hələ nəzərə alınmalıdır ki, sistem biznes inteqrasiyalarını hələ yeni tamamlayıb (məsələn, vergi sistemi ilə tam inteqrasiya ötən il yekunlaşıb).
Bank sektoru ilə inteqrasiyaların da mərhələli şəkildə davam etməsi gözlənilir.
Bank inteqrasiyası niyə dönüş nöqtəsi ola bilər?
Biznes dairələrində son aylarda ən çox müzakirə olunan məsələlərdən biri bank inteqrasiyalarının genişlənməsidir.
Xüsusilə SİMA-nın Kapital Bank ilə inteqrasiyası barəsində 2 gün öncə verilən açıqlama bazarda ciddi maraq yaradıb. Böyük sahibkar kütləsinə malik olan bu bankla inteqrasiya reallaşandan sonra SİMA-nın sahibkarlar üçün əsas rəqəmsal identifikasiya və təsdiq alətinə çevrilməsi ehtimalı daha da yüksəlir.
Digər böyük pay sahibi olan banklar - ABB və Paşabank ilə isə artıq inteqrasiyalar mövcuddur.
Süni intellekt və vergi sistemində yeni mərhələ
Son dövrlər bəzi dövlət qurumlarının, o cümlədən Dövlət Vergi Xidmətinin süni intellekt əsaslı hesabat modelinə keçidlə bağlı müzakirələr də bu kontekstdə xüsusi əhəmiyyət daşıyır.
Əgər hesabat və audit prosesləri Sİ əsaslı analiz sistemləri ilə daha avtomatlaşdırılmış formaya keçərsə, elektron identifikasiya və imza həllərinin rolu daha da kritik olacaq.
Bu mənada SİMA yalnız bu günün deyil, yaxın illərin də əsas biznes infrastrukturlarından biri kimi görünür.
Nəticə: biznes modeli dəyişir
Vaxt itkisini minimuma endirən, bürokratik mərhələləri azaldan və prosesləri 24/7 əlçatan edən mobil həllər sahibkarlıq mühitinin daha çevik, şəffaf və rəqabətli olmasına xidmət edir. Sahibkarlar Günü fonunda bu mənzərə bir daha göstərir ki, müasir biznesin dili artıq rəqəmsaldır.
"SİMA İmza" kimi həllər Azərbaycanda sahibkarlığın gündəlik iş modelini dəyişir. Bu dəyişiklik uzunmüddətli perspektivdə daha az bürokratiya, daha çox operativ qərarvermə və daha rəqabətli biznes mühiti vəd edir. Rəqəmsallaşmanın növbəti mərhələsi isə bu alətlərin nə qədər geniş və dərin inteqrasiya olunacağından asılı olacaq. / fed.az

Biznes     Tarix: 25 aprel 2026

Oxşar xəbərlər

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb

AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management"

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını


iqtisadi xeberler birbank iqtisadiyyat xeberleri telefonla pul qazanmaq dollar manat kursu