Azərbaycanda bu ilin ikinci rübündə gündəlik neft hasilatı göstəricisi açıqlanıb
Bu ilin ikinci rübündə Azərbaycanda ortalama gündəlik neft hasilatı 470 min barel səviyyəsində olub.
Bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasıyasının (EIA) hesabatında bildirilir.
Hesabata əsasən, bu ilin birinci rübündə Azərbaycanda ortalama gündəlik neft hasilatı 470 min barel təşkil edib.
Bildirilir ki, 2023-ci ilin birinci rübündə qeyd olunan göstərici 520 min barel, ikinci rübündə 500 min barel, ücüncü və dördüncü rübündə isə 490 min barel təşkil edib.
Xatırladaq ki, 2024-cü ilin may ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 76 775 ton olub. Bunun 62 118 tonunu xam neft, 14 657 tonunu kondensat təşkil edib.
Qeyd edək ki, "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel (74 259 ton) təşkil edir. / banker.az

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Necə Bitcoin almaq olar?
Kriptovalyuta nədir və necə alınır?
Bitcoin necə işləyir?
Dünyanın ən zəngin idmançıları
Ən çox soruşulan müsahibə sualları hansılardır?