Azərbaycanda bu tarixdən elektrik enerjisinin qiyməti UCUZLAŞACAQ

Azərbaycanda bu tarixdən elektrik enerjisinin qiyməti UCUZLAŞACAQ"Energetika haqqında" yeni qanunun qəbul olunmasının elektrik enerjisinin qiymətlərinə müsbət təsir göstərəcəyini düşünürük.
KONKRET.azxəbər verir ki, bunu Trend-ə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.
O bildirib ki, ötən gün komitənin iclasında müzakirə edilən və Milli Məclisin plenar iclasına tövsiyə edilən "Energetika haqqında" qanun layihəsi "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında", "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının qanunları arasında ümumiləşmə aparır, yəni bütün bu qanunlar bu qanuna istinad edəcək.
Komitə sədri vurğulayıb ki, bundan öncə "Elektroenergetika haqqında" qanunu qəbul ediləndə istehsal və satışın ayrılmasını məsələsi müzakirə olundu.
"2028-ci ildən başlayaraq elektrik enerjisinin satışı dövlət inhisarından çıxaraq tənzimləyici vasitəsilə tənzimlənəcək. Eyni zamanda daxili və xarici investorlar bu sahədə fəaliyyət göstərə biləcəklər, yəni elektrik enerjisinin satışı hissəsində. Amma ötürmə və paylama yenə də dövlətin inhisarında qalacaq. İstehsal isə sərbəst olacaq, misal üçün kimsə istəsə gəlib bir stansiya tikib, elektrik enerjisi istehsal edə və onu sərbəst şəkildə bazara sata biləcək. Ona görə də düşünürük ki, bazar rəqabəti olduğu üçün, yəni rəqabət mühitində elektrik enerjisinin qiymətləri aşağı düşməlidir", – deyə S.Qurbanov bildirib.
O qeyd edib ki, əhalinin, ticarət obyektlərinin elektrik enerjisi təchizatçısını seçim imkanı olacaq. "Misal üçün insanların necə ki, mobil operatorları seçmək imkanı var, eyni qaydada elektrik enerjisi təchizatçısını seçmək imkanı olacaq. Əhali hansı şirkəti uyğun biləcəksə onunla müqavilə bağlayacaq və elektrik enerjisini onun tarifi ilə alacaq. Bu da əhalimizin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasında və eləcə də qiymət seçiminə imkan verəcək. Hazırda qiymət seçimi imkanı yoxdur, ancaq 2028-ci ildən sonra elektrik enerjisini almaqda qiymət seçimi də mümkün olacaq", – deyə komitə sədri əlavə edib.
Qeyd edək ki, "Energetika haqqında" yeni qanunun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq, energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarını, habelə enerji təhlükəsizliyinin təmin edilməsinin, sağlam rəqabət mühitinin formalaşdırılmasının, davamlı iqtisadi inkişafın dəstəklənməsinin, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsinin mexanizmlərini müəyyən edir.

Xəbərlər     Tarix: 21 sentyabr 2023

Oxşar xəbərlər

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd


iqtisadi xeberler bitcoin qiymeti depozit faizleri pul qazanmaq telefonla pul qazanmaq