Azərbaycanda büdcə ili aprelin 1-də başlaya bilər
Azərbaycanda dövlət büdcəsi ilə bağlı təqvim ilinin aprelin 1-də başlaması və martın 31-də başa çatması təklif edilir.
Bu təkliflə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.
"Uzun illərdir ki, büdcənin gəlir və xərclərinin icrası, xərclərin böyük hissəsinin ilin IV rübünə təsadüf etməsi, ilin sonuna layihələrin maliyyələşməsinin başa çatması zərurəti, bəzi dövlət orqanlarında, məsələn, təhsil sektorunda fəaliyyətin sentyabr ayında başlaması, ilin I rübündə iqtisadi aktivliyin aşağı olması, bunun obyektiv yoxsa subyektiv səbəblərdən qaynaqlandığı daim müzakirə mövzusudur", - o deyib.
"Bu problemlərin həlli üçün müxtəlif mexanizmlərin olduğunu qəbul etməklə yanaşı, məsələnin makro səviyyədə həlli üçün ölkəmizdə büdcə ilinin dəyişdirilməsini, yanvarın 1-də deyil, aprelin 1-də başlamasını, dekabrın 31-də deyil, martın 31-də başa çatmasını təklif edirik. Hazırda bir çox ölkələrdə - Böyük Britaniya, Sinqapur, Yaponiya və Küveytdə büdcə ili 1 apreldə başlayır, 31 martda başa çatır. Buna keçməyin mürəkkəb bir proses olduğunu anlayır, amma keçidin bir çox problemlərin həllinə də birdəfəlik rəvac verəcəyinə inanırıq. Hesab edirik ki, belə bir dəyişiklik layihələrin, tədbirlərin maliyyələşməsinə, büdcə planlaşdırmasının və parlament müzakirələrinin daha səmərəli keçməsinə imkan yarada bilər", - T.Mirkişili əlavə edib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
İnstaqramda biznes qurmağın yolları
Yatırım olmadan necə biznes qurmaq olar?
IMEI kod nədir?
IBAN nədir?
Biznesə aid ən yaxşı 10 kitab