Azərbaycanda dövlət sektoru ötən il 422 mln. dollar kredit ödəyib
2024-cü ildə Azərbaycanın dövlət sektorunun kredit ödənişləri 422 milyon ABŞ dolları təşkil edib.
Bunu Azərbaycan Mərkəzi Bankında keçirilən mətbuat konfrasında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə görə, söhbət dövlət zəmanət ilə alınmış kreditlərin qaytarılmasından gedir: "Bu da birbaşa olaraq Azərbaycanın xarici borcunun azaldılmasına xidmət edir. Bütün bunları ümumiləşdirmək, cari əməliyyat balansındakı profisit, eləcə də kapital və maliyyə hesabındakı kəsir hesabında il ərzində ölkənin ehtiyat aktivləri təxminən 438 milyon ABŞ dolları azalıb. Bu, sırf məzənnə fərqi və yenidən qiymətləndirmə nəzərə alınmaqla hesablanıb".
Bundan başqa, AMB rəsmisi deyib ki, ötən il Azərbaycan vaxtilə idxal etdiyi mal və xidmətlərə görə 955 milyon ABŞ dolları ödəniş edib. / banker.az

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
"Freelance" nədir?
Elon Musk kimdir?
ƏDV geri al və onun üstünlükləri