Azərbaycanda ən aşağı faizli kreditlər hansı rayonda verilir? - AÇIQLAMA
Mərkəzi Bankın məlumatına görə, Bakıdan sonra ölkə üzrə ən aşağı orta kredit faizləri Naxçıvanda təklif edilir.
azxeber.com xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov özünün "Facebook" səhifəsində bununla bağlı fikirlər səsləndirib.
Deputat bildirib ki, Azərbaycan üzrə orta kredit faizi 12,12 faiz olduğu halda, bu göstərici Bakıda 10,68, Naxçıvanda isə 13,04 faizdir:
"Qeyd edək ki, orta faiz hesablanan zaman bura yalnız istehlak kreditləri deyil, eyni zamanda bütün növ biznes borclanması da daxildir. Bu baxımdan, istehlak kreditləri üzrə orta faiz dərəcəsi daha yüksəkdir.
Diqqəti çəkən digər məqam, rayonlarda orta kredit faizlərinin Bakı şəhəri ilə müqayisədə kəskin yüksək olmasıdır. Belə ki, orta kredit faizi Dağlıq Şirvan İqtisadi Rayonunda 19,47, Mil-Muğanda 19,02, Şirvan-Salyanda 18,88, Qarabağda 18,74, Lənkəran-Astarada 18,65, Qazax-Tovuzda 18,25, Mərkəzi Aranda 18,18 faizdir. Digər iqtisadi rayonlarda da orta kredit faizləri paytaxt ilə müqayisədə çoxdur. Bəzi rayonlarımızda orta kredit faizləri Bakıya nisbətən iki dəfə yüksəkdir.
Rayonlarda orta faizlərin yüksək olması ümumi kredit portfelinin strukturunda biznes kreditlərinin payının az olması ilə bağlı olsa da, regionlarda yüksək faizlər daha çox borclanma yaradır. Eyni zamanda, regionlarda sərmayə qoyuluşunun artırılması üçün ucuz kredit alətindən daha çox istifadə olunması vacibdir.
Ümumi kredit portfelinin də 80 faizə yaxını paytaxtın payına düşür. Bu da bölgələrdə kredit qoyuluşlarının Bakı ilə müqayisədə xeyli az olduğundan xəbər verir. Bu isə o deməkdir ki, Mərkəzi Bank tərəfindən kredit portfelində və faizlərində regional disbalansın azaldılması və eləcə də bank sektorunda rəqabətin gücləndirilməsi ilə bağlı sistemli və daha ünvanlı tədbirlərin genişləndirilməsinə ehtiyac var".

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Whatsapp biznesin üstünlükləri nələrdir?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
İKEA şirkətinin tarixi
Biznes plan necə yazılır?
Dünyanın ən bahalı restoranları