Azərbaycanda ilk dəfə: Şirkətlərin özü deyil, borcu - SATIŞA ÇIXARILDI – ƏTRAFLI 

Azərbaycanda ilk dəfə: Şirkətlərin özü deyil, borcu - SATIŞA ÇIXARILDI – ƏTRAFLI Azərbaycanda ilk dəfə olaraq borcu olan şirkətlərin borcları satışa çıxarılıb. 
Azərbaycanda məşhur şirkət səhmdarlarına - DİVİDEND ÖDƏYƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət böyük borcu olan və onu ödəməyən şirkətlərin borclarının tələb hüququnun (yəni bu borcu tələb etmək hüququnun) başqa şirkətlərə satışından gedir. 
Məlumata görə, dövlət şirkəti olan "Aqrarkredit" QSC BOKT-un balansındakı balansındakı bəzi aktivlər üzrə borcların tələb hüquqları müsabiqə yolu ilə satışa çıxarılır. 
Bu dəfə müsabiqəyə 2 şirkətin borcu üzrə tələb hüququ satışa çıxarılacaq. Beləliklə,
1. "Kavkasis Betoni 2007" MMC-nin borcu üzrə tələb hüququ satışa çıxarılacaq. Tələb hüququnun ilkin satış dəyəri 21 milyon 548 min manatdır. 
2. "Solid Consulting LTD" MMC-nin borcu üzrə tələb hüququ satışa çıxarılır. Bu şirkətin borcu üzrə tələb hüququnun ilkin satış dəyəri 45 milyon 947 min manat təşkil edir. 
Qaydaya görə, müsabiqədə iştirak üçün göstərilən məbləğin 0,5%-i qədər beh tələb olunur. Müsabiqədə qalib gəlmək üçün isə ən yüksək qiymət təklif etmək lazımdır. Əgər iki iddiaıı eyni məbləb təklif ediblərsə, onların arasında yenidən müsabiqə keçirilir və daha yüksək qiyümət təklif edən qalib gəlir. Qalib tərəf 30 gün ərzində tam məbləği ödəyib bitirməlidir. 
Bu borclar üzrə tələb hüququnun satışı üzrə ərizələrin qəbulu aprelin 17-də başlayıb və mayı 15-dək davam edəcək, ərizənən verilməsi üçün son vaxt - 15 may 2026-cı il saat 16.00-dəkdir. Müsabiqənin qalibi isə 20 may 2026-cı il saat 11.00-də elan ediləcək. 
Müsabiqənin keçirildiyi ünvan: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, AZ-1022 Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 135. 
Aktivin parametrləri ilə bağlı sənədlərlə tanış olmaq qaydası və müddəti: 17 aprel 2026-cı il tarixdən 18 may 2026-cı il tarixədək, həftənin 3-cü və 5-ci günləri, "Aqrarkredit" QSC-nin baş ofisində, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 125 nömrəli ünvanda baxılmalıdır. Əlaqələndirici şəxs: Şahin Seyidov 050-235-99-90. Əhəd Vəhədzadə 050-374-27-27.
İddiaçıların qarşısında irəli sürülən şərtlər.
1. İddiaçı tərəfindən aktivin elan olunan ilkin satış dəyərinin 0,5% faizi həcmində beh məbləği ödənilməlidir. Müsabiqənin qalibi hər hansı səbəbdən aktivi almaqdan imtina etdiyi halda onun tərəfindən ödənilmiş beh məbləği geri qaytarılmır.
2. İddiaçılar tərəfindən təqdim edilmiş təklifdə aktiv üçün təklif olunan məbləğ aydın şəkildə rəqəmlə və Azərbaycan dilində sözlə yazılmalı, iddiaçılar və ya onların etibarnamə üzrə nümayəndələri tərəfindən imzalanmalıdır. Sözlə rəqəm arasında fərq aşkar edildikdə, sözlə ifadə olunmuş yazı əsas götürülür. Təklif müsabiqənin keçirilməsi haqqında məlumatda göstərilən müddət ərzində imzalanmış (hüquqi şəxsdirsə möhürlənmiş) qapalı zərfdə "Aqrarkredit" QSC-yə təqdim edilməlidir.
3. Bir iddiaçı müsabiqədə iştirak etmək üçün yalnız bir ərizə verə bilər. İddiaçı Müsabiqə Komissiyasına yazılı bildiriş verməklə ərizələrin qəbulu müddəti bitənədək ərizəsini geri götürə bilər.
4. Müsabiqə günü iddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsi müsabiqədə iştirak etməlidir. Təqdim edilmiş zərflər iddiaçılar və ya onların etibarnamə üzrə nümayəndəsinin iştirakı ilə açılır.
5. Müsabiqə zamanı aktivin start qiymətindən ən yüksək qiymət təklif etmiş iddiaçı müsabiqənin qalibi elan olunur. İddiaçılar tərəfindən təqdim edilmiş təkliflər eyni məbləğ olduqda həmin iddiaçılar aktiv üçün təklif olunan məbləği göstərməklə yenidən təklif təqdim edirlər. Bu zaman da təklif məbləğləri eyni olduqda proses fərqli təklif olanadək davam etdirilir. Yenidən təklif verməkdən imtina edən iddiaçı müsabiqədə iştirak etmir.
6. Müsabiqənin qalibi aktivin dəyərinin 30 (otuz) bank günü ərzində tam ödənilməsini təmin etmək barədə yazılı zəmanət verməlidir.
Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər:
1. İddiaçının ərizəsi (ərizə forması "Aqrarkredit" QSC tərəfindən veriləcək).
2. İddiaçının şəxsiyyətini təsdiq edən sənəd.
3. Təklif olunan qiymət (bağlı zərfdə rəqəmlə və sözlə göstərilməklə).
4. İddiaçı tərəfindən ödənilmiş beh məbləğini təsdiq edən qəbz.
5. Etibarnamə (nümayəndə iştirak etdikdə).
Qeyd: iddiaçı hüquqi şəxs olduqda-(dövlət qeydiyyatı haqqında şəhadətnamə, nizamnamə, qanuni təmsilçinin və ya nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd (surəti).

Biznes     Tarix: 21 aprel 2026

Oxşar xəbərlər

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb

AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management"

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını


iqtisadi xeberler birbank iqtisadiyyat xeberleri telefonla pul qazanmaq dollar manat kursu