Azərbaycanda neft ehtiyatlarının 25 il kifayət edəcəyi gözlənilir
Ölkə iqtisadiyyatı ÜDM-in üçdə birini və ixracın 90%-ni təşkil edən neft-qaz sektorundan əhəmiyyətli dərəcədə asılıdır. Mövcud neft ehtiyatlarının azaldığı və daha 25 il kifayət edəcəyinin gözlənildiyi bir şəraitdə kompleks və effektiv dekarbonizasiya səyləri iqtisadiyyatı şaxələndirməyə və yaşıl hidrogen və kənd təsərrüfatı kimi yeni artım drayverlərinə rəvac verəcək.
Bu barədə Dünya Bankı Qrupunun açıqladığı Azərbaycana dair İqlim və İnkişaf Hesabatında (CCDR) bildirilir.
Hesabatda bildirilir ki, kənd təsərrüfatı Azərbaycanın qeyri-neft iqtisadiyyatı üçün mühüm sahələrdən biridir. Sektor ÜDM-in 8%-dən az hissəsini əhatə etsə də, ümumi məşğulluğun 36%-i bu sektorun payına düşür. Bununla belə, qeyd olunan sektor təkcə ekstremal hava şəraitinə deyil, həm də ölkədə mövcud su çatışmazlığına çox həssasdır. Sektorun temperaturların artması və su əlçatanlığının azalmasına qarşı müdafiəsi iqlim dəyişikliyinə davamlılığı artırmaq və emissiyaları azaltmaqla məhsuldarlığı yaxşılaşdırmaq üçün suvarma səmərəliliyinin artırılmasını və iqlimə uyğun rasional kənd təsərrüfatı təcrübələrinin tətbiqini zəruri edir. / banker.az

Mərkəzi Bank BOKT-a lisenziya verib
10 min dollarla son 12 ayda ən çox qazandıran - SAHƏLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Azərbaycanda kartdan-karta pul köçürmələrinə limit qoyuldu
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Yelo İnternet Bankçılıqda növbəti yenilik: Girovsuz tender qarantiyası
AMB elektron pul təşkilatına icrası məcburi göstəriş verib
Ödəniş kartları ilə 1 milyon manatdan çox fırıldaqçılıq halı baş verib
Rabitəbank POS-terminal şəbəkəsində UnionPay kartlarının qəbuluna başladı
Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?
İban nədir?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Dünyanın ən zəngin idmançıları
Dünyanın əh bahalı brendləri - TOP-10
IBAN nədir?