Azərbaycanda neft hasilatı düşür, təbii qaz yüksəlir

Azərbaycanda neft hasilatı düşür, təbii qaz yüksəlirAzərbaycanda neft hasilatının həcmi 2023-cü ilin ilk üç rübündə 7.3% azalıb.
Bunu Banker.az Dövlət Statistika Komitəsinə istinad edir.
Məlumata əsasən, hesabat müddətində ölkə ərazisində 22 milyon 603.5 min ton həcmində xam neft hasil edilib və bunun da 22 milyon 513.8 min tonu əmtəəlik olub.
Bununla belə, neft hasilatından fərqli olaraq təbii qaz hasilatı yüksəlib. 2023-cü ilin yanvar-sentyabr ayları ərzində 35 milyard 900.7 milyon kub-metr təbii qaz hasil edilib. Hasilatın həcmi illik müqayisədə 4.4% yüksəlmişdir. Bildirilir ki, təbii qaz hasilatının yalnız 26 milyard 868.8 milyon kub-metri əmtəəlik olub.
Azərbaycanda son iki ildə neft hasilatının həcmi azaldığı halda, təbii qaz hasilatı yüksəlir. Nəticədə 2023-cü ilin ilk 8 ayında ölkənin ixracında xam neftin payı 52.29%-dən 46.13-ə düşüb. Təbii qazın ixracın payı isə 39.31%-dən 42.92%-ə yüksəlib.
Operator "BP Azerbaijan" da açıqlamasından sonra məlum olub ki, hasilat azalıb. Bu əslində gözlənilən idi. Dövlət Büdcəsi ilə bağlı rəydə də azalma ilə bağlı qeydlər var idi. Cari ilin ilk 6 ayında neft istehsalında əsas təchizat yatağı olan Azəri-Çıraq-Günəşli yatağından gündə orta hesabla 375 min barel neft çıxarılıb. Bu 2022-ci ilin eyni dövründə 424 min ton xam neft hasil edilmişdi. İllik müqayisə üçün AÇG-dən çıxarılan neftin həcmi illik 12% azdır.
AÇG həm də ölkənin suveren fondunun gəlirlərində mühüm rola malikdir. Dövlət Neft Fonduna daxil olan gəlirlər ilin yanvar-avqust ayları ərzində 4 milyard 158 milyon ABŞ dolları olub. Bu 2022-cü ilin müvafiq dövründə 5 mlrd. 683 mln. dollar idi. Beləliklə, AŞG-dən daxil olan gəlirlər 1 mlrd. 525 mln. dollar və ya 27 faiz azalıb.
EIA-nın 2023-cü ilin ilk iki rübü ilə bağlı hasilat proqnozu isə 650 min və 620 min barrel-gündəlik idi.

Xəbərlər     Tarix: 12 oktyabr 2023

Oxşar xəbərlər

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd


iqtisadi xeberler biznes xeberleri bitkoin almaq valyuta mezennesi dollar mezenne