Azərbaycanda öldüyü deyilən şəxs dəfnə aparılarkən dirildi
Bir neçə gün əvvəl Göyçay Rayon Mərkəzi Xəstəxanasında insident baş verib.
KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, yol qəzası nəticəsində ağır xəsarət alan və Bakıdakı "Avrasiya" klinikasında öldüyü bildirilən Zərdab rayon Məmmədqasımlı kənd sakini, 39 yaşlı Həzi Əhmədov dəfn edilməsi üçün doğulduğu rayona aparılıb. Klinikaya məxsus tibbi yardım avtomobili ilə rayona aparıldıqdan sonra yaxınları H.Əhmədovun nəfəs aldığını, gözlərini açıb onlara baxdığını bildiriblər və təcili xəstəxanaya çatdırılmasını xahiş ediblər. H.Əhmədov dərhal təcili tibbi yardım maşını ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin burada tibbi heyət onun artıq vəfat etdiyini bildirib. Bundan sonra H.Əhmədovun qohumları xəstəxanada səs-küy salaraq onun həyatının xilas edilməsini tələb ediblər.
İnsidentin böyüdüyünü görən xəstəxana işçiləri polis dəvət ediblər və qohumlar polis şöbəsinə aparılıb. Onlardan 37 yaşlı S.Əhmədova inzibati protokol tərtib edilib və o, Göyçay Rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub.
H.Əhmədovun yaxınları onun ölümündə həkimləri ittiham ediblər. Onlar iddia ediblər ki, Bakıdan gələn həkimlər Həzinin qoşulduğu oksigen aparatından tezliklə ayrılmasını tapşırıblar və paytaxta qayıtmaq istəyiblər.
Qeyd edək ki, mərhum 3 uşaq atası olub. O, Xaçmazda baş vermiş yol qəzasında ağır xəsarət alıb və daha sonra Bakıya çatdırılıb.
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət