Azərbaycanda şirkətlərin gəlirləri 20 milyard manat azalıb
2023-cü ilin sonuna Azərbaycanda fəaliyyət göstərən müəssisə və təşkilatlar 56 milyard 811,6 milyon manat mənfəət əldə ediblər.
Azərbaycan şirkətlərinin cəmi aktivləri 329 milyard manata yaxınlaşıb
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məluamat görə bu 2022-ci ilin sonu ilə müqayisədə 19 milyard 716 milyon manat, başqa sözlə 25,8% azdır.
Hesabat dövrünü yalnız su təchizatı; tullantıların təmizlənməsi və emalı ilə məşğul olan müəssisələr zərərlə bitirib. Şirkətlərin ümumi zərəri 206 milyon 300,9 min manat olub.
Ən yüksək mənfəət əldə edən müəssisə və təşkilatlar mədənçıxarma sənayesi qrupuna aid olub. Onların ümumi mənfəəti 36 milyard 386 milyon manat təşkil edib. Buna baxmayaraq illik müqayisədə bu şirkətlərin gəlriləri 37,9% azalıb.
Ticarət; nəqliyyat vasitələrinin təmiri müəssisələrinin mənfəəti 5 milyard 756,7 milyon manat olub ki, bu da illik müqayisədə 9,9% azalma deməkdir.
Bununla emal sənayesi üzrə fəaliyyət göstərən şirkətlərin mənfəəti 7,6% artaraq 4 milyard 32 milyon manata yüksəlib.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
SMM nə deməkdir?
Bitcoin nədir?
Ən çox gəlir gətirən onlayn bizneslər
Kriptovalyuta nədir və necə alınır?
Layihə menecmenti nədir?