Azərbaycanda yataqlardan işlənilmənin əvvəlindən hasil olunan neft və qazın həcmi açıqlanıb
İşlənmənin əvvəlindən 01.01.2023 tarixinədək Azərbaycanda quru və dənizdə yerləşən yataqlardan 2 184 150,1 min ton neft və kondensat hasil edilib.
Bu barədə SOCAR-ın illik hesabatında (2022-ci ilin nəticələrinə görə) bildirilir.
Hesabata əsasən, qeyd olunan həcmin 1 194 445 min tonu, dənizdə, 989 705,2 min tonu isə quruda yerləşən yataqların payına düşür.
Sənəddə bildirilir ki, hesabat dövründə ölkə üzrə 992 038,3 mln. kubmetr qaz hasil edilib, bunun da 852 285,1 mln. kubmetri dənizdə, 139 753,2 mln. kubmetri isə quruda yerləşəm yataqların payına düşüb.
Hesabatda qeyd olunur ki, 01.01.2023-cü il tarixinə Azərbaycan Respublikası ərazisində 81 neft-qaz yatağı aşkar edilib. Hazırda 58 yataqdan karbohidrogen hasil edilir, 23 yataq isə bu və ya digər səbəbdən işlənməyə cəlb olunmayıb və yaxud işlənməsi dayandırılıb. İşlənmədə olan 39 yataq Azərbaycanın quru, 19 yataq isə dəniz ərazisində yerləşir. / banker.az
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb