Azərbaycanda yeni brend altında süd məhsullarının satışı başlayacaq
Rusiyada fəaliyyət göstərən "Viola" şirkəti (keçmiş "Valio" MMC) Noyabr ayından etibarən MDB ölkələrinə, o cümlədən Azərbaycana yeni brend altında süd məhsullarının ixracına başlayacaq.
Marja xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
"Noyabr ayından, "Viola" şirkəti MDB ölkələri üçün xüsusi olaraq hazırlanmış yeni brendi - "Creamburg" brendi ilə yağların, pendirlərin, kəsmiklərin ixracına başlayacaq", - deyə məlumatda bildirilir.
Ümumilikdə şirkət MDB ölkələrinə 20-dən çox çeşiddə məhsul tədarük etməyə başlayacaq. İlk yüklər Azərbaycan, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Özbəkistan və Tacikistana göndəriləcək. Gələcəkdə tədarük coğrafiyasının genişləndirilməsi nəzərdə tutulur.
Finlandiyanın qida istehsalçısı "Valio" aprelin sonunda elan etmişdi ki, Ukraynaya hücum ilə əlaqədar olaraq Rusiya biznesini, o cümlədən "Viola" emal edilmiş pendir brendini Rusiyada kolbasa və digər ət məhsullarının əsas istehsalçısı olan "Velcom" qrupuna satır. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
İnstaqramda biznes qurmağın yolları
Yatırım olmadan necə biznes qurmaq olar?
IMEI kod nədir?
IBAN nədir?
Biznesə aid ən yaxşı 10 kitab