Azərbaycandan Avropa bazarlarına ayaqqabı ixracına başlanıla bilər
İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti "BAFCO İnvest" MMC ayaqqabı istehsalı sahəsində EN ISO 20345:2022 və EN ISO 20347:2022 beynəlxalq standartlara uyğunluq sertifikatlarına layiq görülüb.
Son bir həftədə 800-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar yaradılıb
FED.az xəbər verir ki, buu barədə İZİA-dan bildirilib.
Məlumata görə, bu sertifikatlar şirkətin istehsal etdiyi məhsulların Avropa bazarına ixracına imkan yaradır.
Bildirilib ki, hazırda şirkət tərəfindən istehsal edilən məhsulların ixrac edilməsi məqsədilə MDB, Avropa ölkələri ilə danışıqlar aparılır.
Qeyd edək ki, Sənaye Parkının 2,5 hektar ərazisində yerləşən və Almaniyanın tanınmış Desma markasının avadanlıqları ilə təchiz olunan fabrikin illik istehsal gücü 510 000 cüt ayaqqabı təşkil edir.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
SMM nə deməkdir?
Bitcoin nədir?
Ən çox gəlir gətirən onlayn bizneslər
Kriptovalyuta nədir və necə alınır?
Layihə menecmenti nədir?