Azərbaycandan nar ixracında çətinliklər yaranıb

Azərbaycandan nar ixracında çətinliklər yaranıbAzərbaycanda hər il olduğu kimi, bu il də nar bağlarından bol məhsul yığılsa da, fermerlər onun satışında çətinlik çəkir.
Bu barədə  "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Fərhad Qaraşov məlumat verib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Onun sözlərinə görə, nar istehsalçıları məhsullarını xarici bazarlarda satmağa çalışsa da, ixracda ciddi problemlər var: "Bu, əsasən Rusiya və Ukrayna arasındakı müharibədən qaynaqlanır. Bu iki ölkə bizim əsas ixrac bazarlarımızdır. Lakin mövcud vəziyyətə görə bu il nəzərdə tutduğumuz ixracın 40-50 %-ni reallaşdıra bilirik".
F.Qaraşov deyir ki, xaricə nar aparan sürücülər Ukrayna ərazisinə daxil olmaq üçün digər Avropa ölkələrinin ərazisindən istifadə etməli olurlar. Bunun üçün isə şengen vizası almaq lazımdır:
"Bu vəziyyət ixrac müddətini 5 gündən 20 günə qədər artırır. Ona görə də, istehsalçılarımız Azərbaycan narının Ukraynaya ixracına bir o qədər də səy göstərmir. Rusiyada isə qismən səfərbərlik olduğu üçün əhalinin bir o qədər də strateji meyvə saymadığı narın alışı zəifləyib. Düzdür, Rusiyaya ixrac davam edir, amma bu ənənəvi bazarda qiymətlər aşağıdır. Avropaya nar ixrac etmək üçün isə "Globalgap" sertifikatı tələb olunur. Bütün bu səbəblərə görə fermərlər nar ixrac edə bilmirlər. Məsələ ilə bağlı dövlət qurumlarına müraciət etmişik. Gələn həftə narçılıqla bağlı ümumrespublika müsahibəsi keçiriləcək və problemləri kənd təsərrüfatı naziri dinləyəcək".
Nar ixracındakı çətinliklər fermerləri hələ ki daxili bazara yönəldib. Amma burada da qiymətlər istehsalçıları qane etmir.
Azərbaycanda ötən il 184 min tona yaxın nar yığılıb. Bu il bu rəqəmin ötən illə müqayisədə az olmayacağı gözlənilir.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Report / marja.az

Maliyyə     Tarix: 11 noyabr 2022

Oxşar xəbərlər

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki


iqtisadi xeberler biznes xeberleri dollarin kursu bu gun investisiya online pul qazanmaq