Azərbaycanın 2024-2025-ci illərdə maye karbohidrogenlərin hasilatını artıracağı proqnozlaşdırılır
"Fitch Solutions" şirkəti Azərbaycanın neft-qaz sənayesi üçün 2024-cü ildə müsbət proqnozlar verir və maye karbohidrogenlərin (neft və qaz kondensatı – red.) istehsalının 2021-ci ildən bəri ilk dəfə olaraq artacağını gözləyir.
Bu barədə "Fitch Solutions"un Azərbaycanla bağlı proqnozunda bildirilib.
Proqnoza əsasən, Azərbaycanda maye karbohidrogen hasilatı 2023-cü ildəki 4% azalmadan sonra 2024-cü ildə 3.4%, 2015-ci ildə isə 4.1% artacaq.
Qeyd olunur ki, 2024-cü ildə Azərbaycanda ortalama gündəlik maye karbohidrogen hasilatı 694.7 min. barel, 2025-ci ildə isə 723.1 min barel səviyyəsində olacağı proqnozlaşdırılır.
Vurğulanır ki, daha yüksək məhsul istehsalı adətən daha yüksək ixrac həcmləri ilə korrelyasiya olunur.
Bununla belə qeyd olunub ki, Azərbaycanın neft hasilatı gələcək illər ərzində azalma tendensiyası yaşamağa davam edəcək. / banker.az
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB