Azərbaycanın BANK SEKTORU: Panama dosyesindəki VTB və MDB monopoliyası - ARAŞDIRMA
"Global Finance"ın 2022-ci il reytinqində ən etibarlı bankların onluğunu, əsasən Avropadakı banklar tamamlayır.
Ardıcıllıq belədir:
1. KfW Almaniya
2. Zürcher Kantonalbank İsveçrə
3. BNG bank Niderland
4. Landwirtschaftliche Rentenbank Almaniya
5. Nederlandse Waterschapsbank Niderland
6. L-Bank Almaniya
7. Kommunalbanken Norveç
8. NRW.Bank Almaniya
9. Swedish Export Credit Corporation İsveç
10. Caisse des dépôts et consignations Fransa
KONKRET.az xəbər verir ki, bu banklar Fitch, Moody"s и S&P reytinqlərində ən yüksək – AAA qiymətini alıblar. Onluqdakı ölkələrə aid digər banklarla yanaşı, sonrakı 40 yeri, yəni əlliliyi bu dövlətlərin bankları doldurur:
Sinqapur, Cənubi Koreya, Kanada, BƏƏ, Avstraliya, Tayvan, ABŞ.
Azərbaycanı belə reytinqlərdə axtarmağın mənası yoxdur. Bizimkisi Gürcüstan, Ermənistan müqayisələridir. Heç burda da xüsusi fərq nəzərə çarpmır. Gürcüstan MDB-ni tərk etməklə bank sektorunda rəqabətlilik əmsalını artırıb. Lakin qonşu ölkədə də faiz dərəcələri az deyil. Ermənistanda Paşinyanın hakimiyyətə gəlməsi bank sektorundakı rusiyameyilli "Qarabağ klanı"nın monopoliyasına az da olsa, təsir edib. Amma bu, Ermənistandakı bank problemini həll eləmir.
"Qonşunun bazarlığına bərəlməkdənsə, öz soyuducuna nəzər sal".
Azərbaycanda bank sektoru genişlənib və xarici investisiya ilə yaradılan banklardan başqa hamısında durum eynidir. Cüzi fərqlər var. Birində pulsuz bank hesabı açılır, digərində bank kartı havayı verilir, hansındasa kredit şərtləri asan, digərində uzunmüddətli, amma çoxunda faiz eynidir.
Ümumiyyətlə, Rusiyanın VTB bank qrupu təmsil olunan MDB ölkələrində – Belarus, Ermənistan, Azərbaycan və Qazaxıstanda bank sektoru yaman gündədir. VTB bank Gürcüstanda da fəaliyyət göstərir. Sözügedən bankın Almaniya, Britaniya, Kipr, Anqola, Çin, Hindistan və Sinqapur filiallarından bəhs etməyəcəyik.
Panama dosyesi
2016-cı ildə araşdırmaçı jurnalistlər Rusiya Prezidenti Putinin adını Panama dosyelərində, qanunsuz pul köçürmələrində hallandırıblar. Putinin köhnə dostu violonçel ifaçısı Sergey Rolduqinin gizli hesabına VTB vasitəsilə 2 milyard dolların köçürdülməsi səs-küy doğurmuşdu. Və Putin özü də bu əməliyyatı danmamışdı ki, vəsait qiymətli musiqi alətlərinin alışına sərf olunacaq.
Lakin VTB qrupun Azərbaycandakı filialına aid pul maxinasiyası dəlilləri yoxdur deyə yüksək kredit faizlərinə toxunmaq istərdik. Məsələn bu bank Rusiyada maksimum 196 min AZN kredit verir və ilk ayın ödənişi 0, sonrakı aylar 4.4 faizdən hesablanır. Azərbaycan filialında isə 14 faizdir.
Azərbaycanda nağd pul kreditini ən aşağı faizlə "Xalq Bank" (12%), ən yüksək faizlə isə "Paşa Bank" verir (29%). Yəni faizlər arasındakı böyük fərq rəqabətlilik göstəricisi deyil. Geniş maliyyə resursları ilə təmin olunan banklarda faiz dərəcələri aşağı olmaya da bilər. Çünki aşağı faizli banklardan hər kəs kredit götürə bilmir və insanlar məcburən 20 %-dən yuxarı banklara müraciət edirlər. Elə təəssürat yaranır ki, bu sahədə monopoliya var. Hətta camaat arasında hansı bankın kimə məxsus olduğu barədə şayiələr dolaşır. Yuxarıda qeyd olunan informasiyalara baxdıqda isə monopoliya mənbəyi kimi MDB qabarır.
MDB-nin Maliyyə-bank Şurası
Üzv ölkələrdə bu sahənin inkişafı üçün əlverişli şəraitin yaradılması Şura fəaliyyətinin əsasını təşkil edir.
Ümumiyyətlə, MDB səviyyəsində Azərbaycanın bankçılıq reytinqi yüksəkdir, hətta bizə region liderliyi də şamil olunur:
• Şura bankların, birja və digər maliyyə strukturlarının inkişafını əks etdirən birgə fəaliyyəti nəzərdə tutur. Bu da MDB ölkələrinin iqtisadi əməkdaşlığına qatqı verməlidir;
• Yeni transmilli layihələrin yaradılması və bu proyektlərin investisiya cəlbediciliyinin təhlil edilməsi;
• Layihələrin strukturlaşdırılmasında konsorsium, sindikat və başqa əməkdaşlıq formalarının yaradılması;
• MDB ölkələrinin iqtisadi-ticari əlaqələrinin tərəqqisinə töhfə vermək, ödəmə-hesablama, valyuta-kredit mövzularında əməkdaşlıq;
• Şura problemlərin öyrənilməsi və MDB ölkələrinin vahid maliyyə siyasətinin hazırlanmasında iştirak edir;
Son 2 bənd çox problemin kökündən xəbər verir. Deməli, MDB-nin yiyəsi Rusiya üzv ölkələrin daxili tariflərinə müdaxilə ilə yanaşı bank sektoruna da qarışıb faiz dərəcələrinə təsir edə bilir. Sadəcə, özündə daha ucuz faizlər (4,4%) tətbiq etməklə postsovet ölkələri ilə müqayisədə daha yaxşı yaşadıqlarını nümayiş etdirir. Ucuz reklam kimi! (Rusiyada 10-20 faizdən yüksək kredit verən banklar da var) Bu lap kabab yeyən komandirin "perlova" ilə qayın doyduran əsgərlərə acıq verməyinə oxşadı.
Bakı neçə ildir ki, Moskva kursundan aralanmış iqtisadiyyata malikdir. Bunu son enerji kontraktları ilə təsdiqləmək olar. Yoxsa Rusiyaya sanksiya tətbiq edən Avropa ilə enerji memorandumu imzalaya bilməzdik. Amma bank sektorundakı mürəkkəb vəziyyətimiz MDB-yə sərf edir. Yəqin elə bank sahiblərinə də!
İslahatlar qaçılmazlaşır.
KONKRET.az-ın Araşdırma Qrupu

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
Fond birjası nədir?
İnstaqramda biznes qurmağın yolları
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Dizaynerlər üçün TOP-5 Freelance sayt
ZARA-nın uğur hekayəsi