Azərbaycanın bank sektorunun aktivləri ARTDI
Bu il oktyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 43 633,4 milyon manat təşkil edib.
KONKRET.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 26,4 % çoxdur.
Bankların aktivlərinin 17 990,4 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 25,7 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 41,5 %-dən 41,2 %-ə düşüb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 29,1% artaraq 38 288,3 milyon manata, o cümlədən depozit portfeli 32,7 % artaraq 31 373,7 milyon manata çatıb. Bunun 10 993 milyon manatı fiziki, 20 380,7 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 26,9 %, şirkətlərin banklardakı vəsaitləri isə 36 % artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 26,9 % azalaraq 270,9 milyon manat olub.
Sektorun balans kapitalı isə 9,7 % artaraq 5 345,1 milyon manat təşkil edib.

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Biznes nədir və hansı növləri var?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
İlon Mask kimdir?
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Kriptovalyuta nədir?