Azərbaycanın beynəlxalq hava limanlarında iyulda yarım milyondan çox sərnişinə xidmət göstərilib
Azərbaycanın beynəlxalq hava limanlarında iyulda yarım milyondan çox sərnişinə xidmət göstərilib
Azərbaycanın beynəlxalq hava limanları 2022-ci ilin iyul ayında 578 min sərnişinə xidmət göstərib.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu göstərici 2021-ci ilin analoji dövrünün göstəricisindən 87% çoxdur.
Beynəlxalq reyslərdə 482 min nəfərə – ötən illə müqayisədə iki dəfədən çox sərnişinə xidmət göstərilib.
Bakı hava limanının baza aviadaşıyıcıları - AZAL və "Buta Airways" qeyd edilən müddət ərzində beynəlxalq reyslərdə 211 min sərnişinə, yəni beynəlxalq daşımaların ümumi sayının 44%-nə xidmət göstərib.
2022-ci ilin iyul ayında Bakı hava limanına 30 xarici aviaşirkət müntəzəm uçuşlar həyata keçirib. Həmçinin bu ay Aktobedən Bakıya "Qazaq Air" aviaşirkətinin birbaşa reysləri açılıb.
İyul ayında Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna Moskva, İstanbul, Antalya, Dubay, Tbilisi, Ər-Riyad, Abu Dabi, Şərcə, İzmir və Dammam daxil olub. Bu istiqamətlər üzrə ümumilikdə 300 min nəfərə xidmət göstərilib.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) — sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük kompleksinin gücünə görə Azərbaycanda və regionda ən böyük hava limanıdır.
Cari ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu "Skytrax World Airport Awards" Beynəlxalq Agentliyinin versiyasına görə MDB ölkələrində ən yaxşı hava limanı statusunu beşinci dəfə təsdiqləyib. Hava limanları üçün bu mükafat sənayedə keyfiyyət standartıdır.
Bundan əlavə, "Skytrax" tərəfindən Bakı hava limanı yüksək "5 ulduz" reytinqinə, həmçinin COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə maksimal reytinqə layiq görülüb.

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BOKT İsmayıllıda filialını açır
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Onlayn biznes növləri
Proqramçılar üçün TOP-5 Freelance sayt
"Coca-Cola" haqqında 5 maraqlı fakt
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Green Card nədir və onu necə əldə etmək olar?