Azərbaycanın hava yüklərini daşıyan aviaşirkəti yeni təyyarələr alır
Azərbaycanın əsas avia yüklərin daşınmasınaı həyata keçirən "Silk Way West Airlines" (Silk Vey Vest Aviaşirkəti MMC) Fransa təyyarə istehsalçısı "Airbus" ilə iki əlavə "A350F" yük təyyarəsi alışı üzrə müqavilə imzalayıb.
Biznes.az xəbər verir ki, bu, şirkətin A350F üzrə ümumi sifarişini dörd təyyarəyə çatdırır və aviaşirkət isə bunun "donanmanın modernləşdirilməsi ilə dayanıqlı inkişafı gücləndir"diyini bildirib.
Şirkətin prezidenti Volfqanq Mayyer bildirib ki, A350F donanmanın modernləşdirilməsi və karbon izinin azalması ilə yanaşı, qlobal hava yük bazarında lider mövqeyin möhkəmlənməsinə xidmət edəcək. "Airbus"ın kommersiya təyyarələri üzrə icraçı vitse-prezidenti Benua de Sent-Ekzyuperi isə bu sifarişi Azərbaycanın İpək Yolu üzərində qlobal yük mərkəzi kimi rolunu gücləndirən etimad nümunəsi adlandırıb.
A350F sektorda ən böyük əsas yük qapısına malikdir, gövdəsi standart palet və konteynerlər üçün optimallaşdırılıb. Təyyarə 111 ton yük daşıya və 8 700 km məsafəni qət edə bilir. "Rolls-Royce Trent XWB-97" mühərrikləri ilə təchiz edilmiş A350F əvvəlki nəsil təyyarələrə nisbətən yanacaq və karbon emissiyasını 40%-ə qədər azaldır. (banker)

Manat əmanətlərinə illik 11%-dək gəlir — Ən yüksək faizi hansı banklar verir? (oktyabr)
Dollar əmanətlərinə ən yüksək faizi hansı banklar verir? — Oktyabr, 2026
"Unicapital" İnvestisiya Şirkəti birjada əməliyyatlarını – 3 DƏFƏ ARTIRIB
Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
Rusiyada Qazaxıstanın "Freedom" qrupu ilə bağlı investorlar şikayət edir
ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək "Money20/20"-də finalçı kimi yarışacaq
"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK
"Bitcoin" 84 min dollara kimi ucuzlaşıb - SON QİYMƏT
"Fitch Ratings": Azərbaycanın bank sektoru artıq narahatlıq doğurmur
ABŞ-da ipoteka faizləri üç ilin ən yüksək səviyyəsinə qalxıb
Biznes qurmaq üçün nə lazımdır?
Bitcoin necə işləyir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?