Azərbaycanın "Optimal" mağazalar şəbəkəsi - GÜRCÜLƏRƏ SATILDI

Azərbaycanın Azərbayanda elektronika məhsulları bazarının əsas oyunçularından biri "Optimal Elektronika" mağazadlar şəbəkəsi Gürcüstanın "Elit elektroniks" şirkətinə satılıb.
FED.az xəbər verir ki, 2023-cü ilin əvvəlində baş tutan alqı-satqı nəticəsində Gürcüstan şirkəti "Optimal" mağazalarında 65%-paya sahib olub, 35% isə "Optimal Elektroniks"in öz nəzarətində qalıb.
FED.az xəbər verir ki, artıq Azərbaycanda "Optimal Elektroniks"i əvəz edəcək yeni şirkət – "ELİT. EO" MMC yaradılıb. Bu ilin əvvəlində - 05.01.2023-cü il tarixində dövlət qeydiyyatına alınan şirkətin nizamqnamə kapitalı 1000 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi, yəni direktoru isə Lado Jobavadır.  Bu şəxs həm də Gürcüstandakı "Elit elektroniks"in CEO-sudur.
"Optimal Elektroniks"də alqı satqı və şəbəkənin Gürcüstan investorunun nəzarətinə keçməsinin rəsmiləşdirilməsi üçün bütün mağazalar və işçilər yeni şirkətə keçirilib. Paralel olaraq "Optimal"ın öz internet səhifəsi ilə yanaşı, onun eynisi olan elitoptimal.az internet saytı da yaradılıb və indiyədək "Optimal"a aid olan bütün məlumatlar (məhsullar, mağazalar, kontaktlar) bu saytda yerləşdirilib.
Eləcə də saytda qeyd edilir ki, mağazalar "ELIT EO" MMC-yə aiddir. Qeyd edək ki, hazırda ölkədə "Optimal"ın 39 mağazası var, bunlardan 12-si Bakıda, 27-si isə regionlarda yerləşir.
Yeri gəlmişkən, hazırda şirkətin bir sıra bölgələrdəki mağazaları bağlanıb, şirkətdən bildiriblər ki, onlar yenilənmədədir və tezliklə işə düşəcək.
Mağazalar, o cümlədən yenilənəcək mağazalar da artıq "Elit Optimal" adı ilə fəaliyyət göstərəcəklər.
Xatırladaq ki, indiyədək "Optimal" mağazalar şəbəkəsinə "Optimal Elektronika" şirkəti nəzarət edirdi. "Optimal Elektronika" MMC şirkəti 1997-ci ildə yaradılıb indiyədək onun rəhbəri və sahibi Əhəd Əsgərovdur. Şirkət həm məişət texnikası və elektronika, həm də mebel satışı ilə məşğuldur, bir sıra tanınmış şirkətlərin distribütorudur. Bir qədər əvvəl isə şirkətdə avtomobil aksessuarlarının və təkərlərinin də satışı başlayıb.
"Optimal Elektronika" indiyədək mənfəətlə işləyib. 2020-ci ildə şirkətin mənfəəti 12,98 milyon manat, 2021-ci ildə isə 6 dəfə azalaraq 1,93 milyon manat olub. 2022-ci ilin ilk yarısını da şirkət mənfəətlə tamamlamağa nail olub – 776 min manat. Dinamika, göründüyü kimi azalmaya doğrudur.
Mənfəətlə işləməsinə baxmayaraq son vaxtlar "Optimal Elektroniks" ciddi bazar rəqabəti və çətinliklər yaşayırdı. FED.az-ın şirkətin 2022-ci ildə açıqladığı hesabata istinadən məlumatına görə, "Optimal Elektronika" 2021-ci ildən başlayaraq filiallarının bir hissəsini bağlayıb, işçilərini ixtisar edib və bu proses 2022-ci ilin ortalarınadək davam edirdi. Hər halda 2022-ci ilin ortalarında şirkətin işçi sayı ilin əvvəli ilə müqayisədə 100 nəfər azalaraq 1097 nəfərə düşmüşdü. Eləcə də 2022-ci ilin əvvəlindən bəri "Optimal Elektronika"nin bir neçə filialı, o cümlədən 9 filial – "20 Yanvar", "Ağdam", "Bakıxanov-1", "Beyləqan Mebel", "Masazır", "Mərdəkan", "Nizami", "Sabunçu", "Xırdalan-2" filialları bağlanıb. Maraqlıdır ki, "Ağdam" filialını "Optimal Elektronika" 2021-ci ildə açmışdı, amma tezliklə onu da bağlamalı olub.
"Elit Electronics" şirkəti isə 1996-cı ildə yaradılıb və Gürcüstanın elektronika malları bazarını lideri əv böyük pərakəndə satış şəbəkəsi sayılır. Şirkətin Tbilisidə və ölkənin ayrı-ayrı regionlarında 23 mağazası var. Şirkət Gürcüstanda Bosch, Gorenje, Hitachi və Dyson şirkətlərinin eksklüziv və yeganə nümayəndəsi, həmçinin Samsung-un rəsmi pərakəndə tərəfdaşı və Apple-ın Gürcüstandakı səlahiyyətli tərəfdaşıdır. 2018-ci ildə Elit Electronics Alman istehsalçısı Nobilia-nın eksklüziv nümayəndəsi oldu. "Son iki onillikdə şirkətin fəaliyyət sahəsi təsirli şəkildə genişlənmişdir və bu gün Elit Electronics məişət texnikası bazarının qeyd-şərtsiz lideridir"-deyə şirkətdən bildirilib.
Şirkətin rəhbəri - hansı ki, artıq "Elit Optimal" şəbəkəsinin də rəhbəridir - Lado Jobava öz sahəsində peşəkar kimi tanınınır və "Elit Elektroniks"də artıq 13 ildir çalışır, bunun 10 ilini CEO vəzifəsini icra edir.
Onun bu vəzifədə əsas nailiyyətləri olaraq şirkətin bazar payını artırması və "Elit Elektroniks"i bazarın liderinə çevirməsi, satışların həcmini artırması, özü də bu zaman gəlirlilik göstəricisini yüksək həddə saxlaması göstərilir. Qeyd edilir ki, nəticədə satışları 15% artırıb və hazırda "Elit" bazarda ən yüksək EBITDA göstəricisinə malikdir.
Yeri gəlmişkən, Lado Jobava vergi mübahisələrində də peşəkar sayılır – o özündən əvvəlki dövrdə Gürcüstanın Maliyyə Nazirliyinin şirkətə yazdığı vergi cəriməsinin 85% azaldılmaına nail olması ilə də məşhurdur.

Biznes     Tarix: 17 mart 2023

Oxşar xəbərlər

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

Azərbaycanda sahibkar 13 milyonlu şirkətini – 280 MİLYONLUQ ŞİRKƏTİNƏ BİRLƏŞDİRDİ

"Beverage Services" MMC (VÖEN: 1306760391) fəaliyyətinə xitam verilərək "Milla Dairy" MMC-yə (VÖEN: 1300995031) qoşulub. BƏƏ şirkəti Azərbaycan bazarından – GEDİR. biznes və maliyyə xəbərləri portalı xəbə

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c


iqtisadi xeberler bu gunun xeberleri bitkoin qiymeti en son xeberler dollar mezenne