Azərbaycanlı Rusiyada məşhur kinostudiyanı aldı
Belarusun "Vitebsk Radiodetal Zavodu Monolit" ASC-nin direktorlar şurasının sədri Akif Qasımov Sankt-Peterburqda yerləşən keçmiş "Lennauçfilm" kinostudiyasının əmlak kompleksini satın alıb.
Rusiyada azərbaycanlı iş adamının restoranı söküləcək
biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə "Delovoy Peterburq" (DP) məlumat yayıb.
Məlumata görə, bazar iştirakçılarının qiymətləndirməsinə görə, sahəsi 17,4 min kvadratmetr olan obyekt və 2 hektarlıq torpaq sahəsi üçün Qasımov təxminən 1 milyard rubl (təxminən 13 milyon dollar) ödəyib.
Nəşr xatırladır ki, 2021-ci ildə bu daşınmaz əmlak hərracda 475,5 milyon rubla Konstantin Ostrikova məxsus "Slavyanskoye" MMC tərəfindən alınıb. 2023-cü ildən şirkət "Fortis–İnvest"in idarəçiliyində olan qapalı pay investisiya fonduna məxsus olub. 2026-cı ilin martında isə onu 2024-cü ildən etibarən Akif Qasımova məxsus olan "Şimal-Qərb Logistik Terminal" MMC əldə edib.
Akif Qasımovun nümayəndəsi "DP"yə bildirib ki, yeni sahib "Lennauçfilm" ictimai məkanının inkişafını davam etdirəcək. Onun sözlərinə görə, layihəyə əlavə investisiyalar yönəldiləcək; bu vəsaitlər binaların təmiri, mühəndis təminatı, məkanın təşviqi və s. üçün istifadə olunacaq. Hazırda ərazinin yenidən tikilməsi ilə bağlı planlar yoxdur.
"DP" Akif Qasımovu sənayeyə fokuslanan uğurlu azərbaycanlı investor kimi təqdim edir: 1997-ci ildən "Kulon"da (Sankt-Peterburq) paya sahibdir, 2013-cü ildən isə vitebskli "Monolit"in nəzarət paketinə malikdir. Zavod sıfırdan modernləşdirilib. Şirkətin portfelində elektronika, daşınmaz əmlak və idman layihələri var. (Trend) / fed.az

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
"Freelance" nədir?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Kriptovalyuta nədir və necə alınır?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Biznesə aid ən yaxşı 10 kitab