Azərbaycanlı və erməni biznesmenlər birbaşa işləyəcəklər

Azərbaycanlı və erməni biznesmenlər birbaşa işləyəcəklərErmənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla iqtisadi əlaqələrin mümkün inkişafı və məhsul mübadiləsi ilə bağlı məsələlərə aydınlıq gətirib.
Komissiya: Azərbaycan və Ermənistanın biznes dairələri arasında görüş keçirilib
FED.az xəbər verir ki, Paşinyan jurnalistlərin dünən Şahin Mustafayevin biznesmenlərlə görüşü ilə bağlı suallarını cavablandırarkən bildirib ki, indiyədək biznes nümayəndələri məhsul siyahılarını əsasən hökumətlər vasitəsilə mübadilə ediblər. Lakin hazırda bu proses birbaşa işgüzar əlaqələr mərhələsinə keçir:
"İndi maraqlı tərəf olan sahibkarları bir-biri ilə əlaqələndiririk ki, bundan sonra artıq siyahıları birbaşa öz aralarında mübadilə etsinlər. Hökumət bu funksiyanı müəyyən müddət icra edə bilər, lakin sonrakı mərhələdə biznesmenlər birbaşa işləməlidir".
Baş nazir qeyd edib ki, hansı məhsulların Ermənistandan Azərbaycana ixrac edilə biləcəyi hələ dəqiq müəyyənləşməyib və bu mərhələdə konkret siyahı açıqlamaq məqsədəuyğun deyil. Onun sözlərinə görə, qiymət, logistika, vaxt və həcm kimi amillər yekun qərarlara təsir edir:
"Hazırda bu, yalnız ilkin maraq səviyyəsindədir. Yekunlaşmamış məlumatları açıqlamaq düzgün olmaz. Real ixrac baş verdikdə, bu, rəsmi statistikada da əksini tapacaq".
Paşinyan həmçinin vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında iqtisadi əlaqələrin genişlənməsi gələcəkdə mümkün olsa da, hazırda məhsul çeşidi məhduddur və proses mərhələli şəkildə inkişaf edə bilər. (Modern)

Biznes     Tarix: 30 aprel 2026

Oxşar xəbərlər

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb

AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management"

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını


iqtisadi xeberler birbank iqtisadiyyat xeberleri telefonla pul qazanmaq dollar manat kursu