Azərbaycanlı xanımın adı - "FORBES 30 UNDER 30" SİYAHISINDA
Dünyanın ən nüfuzlu jurnallarından biri olan Forbes hər il 30 yaşdan kiçik uğurlu şəxslərin siyahısını dərc edir. Siyahıdakı şəxslər Asiya və Avropada hər biri 300 nəfər olmaqla on kateqoriya üzrə seçilir.
Avropanın azərbaycanlı alim qadınları - VIDEO
Azərbaycanlı gənc 145 min manatlıq təqaüdü necə alıb? - UĞUR HEKAYƏSİ
FED.az xəbər verir ki, bu il şirkətin dərc etdiyi siyahının Avropa üzrə oyun kateqoriyasında həmyerlimiz Fidan Rüstəmlinin də adı qeyd edilib. Məlumat üçün bildirək ki, Fidan Rüstəmli Gamepons-un həmtəsisçisidir. O, hazırda PolyDream VR oyun studiyasında biznesin inkişafı üzrə menecer kimi çalışır. Fidan Global Game Jam-in regional təşkilatçısı və EuroAsian Startup Awards-da Ölkə Tərəfdaşı olub. Fidan Rüstəmli Bakıda bir çox tədbirlərin təşkilatçısı və təşəbbüskarıdır.
Mövzu ilə bağlı açıqlama verən Fidan xanım Forbes-in "30 Under 30 Europe 2023" jurnalında adı keçdiyi üçün qürur duyduğunu bildirib. O, bu nailiyyəti qazanmaqda ona dəstək göstərdikləri üçün mentorlarına, həmkarlarına, dostlarına və öz rəhbərliyinə təşəkkürünü bildirib. Fidan Rüstəmli həmçinin nüfuzlu siyahının üzvü kimi innovasiya və sahibkarlıq vasitəsilə icmaların səlahiyyətləndirilməsi və dəyişdirilməsi sahəsində işini davam etdirəcəyini qeyd edib.
Bildirək ki, Fidan Rüstəmlidən əvvəl bir neçə azərbaycanlı gəncin adı bu siyahıda qeyd olunub. Onlardan biri də Reyhan Camalovadır. Reyhan Camalovanın adı 2018-ci ildə "Forbes"-in Sənaye, istehsalat və enerji sahəsində "30 yaşdan aşağı 30 gənc araşdırmaçı" siyahısına daxil edilib.(tech.az)


EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Bitcoin necə işləyir?
Fond birjası nədir?
Biznesə aid ən yaxşı 10 kitab
Biznes təlimlər və tədris üsulları
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?