"Azəriqaz" bu il istehlakçılara 5 mlrd. kubmetrə yaxın qaz satıb
Bu ilin yanvar-avqust aylarında SOCAR "Azəriqaz" İstehsalat Birliyi ölkə üzrə abonentlərə 4.9 mlrd. kubmetr qazın satışını həyata keçirib.
Bunu SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Abonentlərə xidmət şöbəsinin rəis müavini Vüqar Səmədov "Açıq qapı" aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.
"Səkkiz ayda biz satdığımız qazın dəyərini 100.3% toplamışıq, bu da istehlakçıların son bir neçə ildə rahat şəkildə ödəniş etdiklərinin nümunəsidir", – Vüqar Səmədov qeyd edib.
Onun sözlərinə görə, hesabat dövründə əhali qrupuna aid abonentlərə "Azəriqaz" tərəfindən 2.6 mlrd. kubmetr həcmində qaz satılıb. Əhaliyə satılan qazın dəyəri İB tərəfindən 100.8% toplanılıb.
Vüqar Səmədovin sözlərinə görə, bu ilin 1 sentyabr tarixinə Birlik üzrə 2 554 min nəfər abonent var, bunun da 2 513 əhali, 41 492 qeyri-əhali abonent qrupuna aiddirlər.
"Azəriqaz"ın nümayəndəsi onu da əlavə etdi ki, bu ilin səkkiz ayında İB tərəfindən 43 min yeni istehlakçı qeydiyyata götürülüb. / banker.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
SMM nədir?
İban nədir?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?