"Azərlotereya" ASC "Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə üzrə I Bakı Beynəlxalq Konfransı"nın baş sponsoru olub

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC korporativ sosial məsuliyyət və dayanıqlı inkişafla bağlı prioritet mövzuları əhatə edən daha bir önəmli tədbirə dəstək olub.
FED.az xəbrə verir ki, şirkət ölkəmizdə ilk dəfə keçirilən "Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə üzrə I Bakı Beynəlxalq Konfransı"nda baş sponsor kimi çıxış edib.
Konfransın keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə çalışan, geniş təcrübəyə malik tanınmış ictimai xadimlər və mütəxəssisləri bir araya gətirməklə KSM və dayanıqlı inkişaf üzrə mühüm mövzuların müzakirəsi əsasında növbəti illər üçün yol xəritəsinin hazırlanmasına töhfə verməkdir.
Konfransda "Azərlotereya" ASC-nin ölkəmizin inkişafında önəmli rola malik uğurlu KSM təcrübəsi bölüşülüb, şirkətin həyata keçirdiyi "Əmanətə sədaqət" layihəsi vətənpərvərlik mövzusunda örnək işlərdən biri kimi iştirakçıların marağına səbəb olub. Vurğulanıb ki, sözügedən layihə əsasında vətən uğrunda canlarından keçmiş şəhidlərimizin övladlarının təhsil və yaşam xərcləri qarşılanır.
Tədbirdə çıxış edən "Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu müxtəlif önəmli mövzular üzrə örnək olan KSM təşəbbüslərin icra olunması üçün konfransın işini yüksək qiymətləndirib. Bildirib ki, "Azərlotereya" ASC fəaliyyətində hər zaman cəmiyyətin inkişafına hesablanan sosial yönümlü layihələrə böyük önəm verərək bu çərçivədə ölkə əhəmiyyətli tədbirlərin təşkilinə dəstək olmağa çalışır.
Konfrans ictimaiyyətin diqqətini çəkmiş KSM layihələrin nümayişilə davam edib.

Biznes     Tarix: 08 mart 2023

Oxşar xəbərlər

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

Azərbaycanda sahibkar 13 milyonlu şirkətini – 280 MİLYONLUQ ŞİRKƏTİNƏ BİRLƏŞDİRDİ

"Beverage Services" MMC (VÖEN: 1306760391) fəaliyyətinə xitam verilərək "Milla Dairy" MMC-yə (VÖEN: 1300995031) qoşulub. BƏƏ şirkəti Azərbaycan bazarından – GEDİR. biznes və maliyyə xəbərləri portalı xəbə

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c


iqtisadi xeberler bu gunun xeberleri bitkoin qiymeti en son xeberler dollar mezenne