"Azərlotereya" "Bakı Marafonu 2026"nın tərəfdaşı oldu
"Azərlotereya" ənənəsinə sadiq qalaraq, artıq beşinci dəfə "Bakı Marafonu 2026"nın tərəfdaşı olub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Küləyə qalib gəl" şüarı altında keçirilən marafon çərçivəsində şirkət sağlam həyat tərzinin təşviqi və idmanın inkişafına dəstəyini davam etdirib.
Marafonun əyləncə zonasında "Azərlotereya"nın xüsusi stendi qurulub və ziyarətçilərin ən çox maraq göstərdiyi məkanlardan biri olub. Burada iştirakçılar üçün müxtəlif interaktiv oyunlar təşkil olunub və qaliblərə hədiyyələr təqdim edilib. Şirkət bu təşəbbüslə idman və əyləncəni bir araya gətirərək iştirakçıların həm fiziki aktivliyini, həm də əhval-ruhiyyəsini artırmağı hədəfləyib.
2016-cı ildən etibarən Bakıda ənənəvi təşkil olunan 21 km-lik yarımarafon bu il ilk dəfə 42 kilometrlik tam marafon formatında keçirilib. Marafon ənənəvi olaraq Dövlət Bayrağı Meydanından start götürüb və bu dəfə Sea Breeze ərazisində başa çatıb.
25 min iştirakçının qeydiyyatdan keçdiyi marafonda Azərbaycan vətəndaşları ilə yanaşı ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkə vətəndaşları qələbə uğrunda yarışa qoşulublar.
Qeyd edək ki, "Azərlotereya" "Bakı Marafonu"nun 2022, 2023, 2024 və 2025-ci illərdə də tərəfdaşı olub.
Ölkənin rəsmi lotereya təşkilatçısı və idman mərc oyunları operatoru olan "Azərlotereya" korporativ sosial məsuliyyət strategiyası çərçivəsində ölkə əhəmiyyətli layihələrə dəstəyini davam etdirməyi planlaşdırır. / fed.az

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
"Freelance" nədir?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Kriptovalyuta nədir və necə alınır?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Biznesə aid ən yaxşı 10 kitab