Bakı Fond Birjası yerli data mərkəzindən istifadə etməyə başladı
"Bakı Fond Birjası" QSC (BFB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "AzInTelecom" MMC-nin Bakı və Yevlaxdakı data mərkəzləri ilə göstərdiyi bulud xidmətlərindən istifadə etməyə başlayıb. Banker.az bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, BFB ilkin mərhələdə "İaaS" ("İnfrastructure-as-a-Service") bulud infrastrukturu və "BaaS" ("Backup-as-a-Service") məlumatların daimi rezervlənməsi xidmətini əldə edib. Nəticədə birja məlumat itkisi baş verən zaman onun operativ şəkildə bərpasını, müəssisə üçün mühüm məlumatların qorunub saxlanılmasını təmin edir.
Bu xidmətlərin istifadəsi benefisiarlara onların kritik infrastrukturunun fəaliyyət göstəricilərinin yüksəldilməsi, məlumatların təhlükəsizliyi üçün xərclərin azaldılması kimi üstünlüklər verir. Rezervlənmə xidmətinin əldə edilməsi qurumlara daxili resurs tələbatının azaldılması hesabına xərclərin optimallaşdırılması imkanı verir.
Həmçinin virtual infrastrukturların Data Mərkəzində avtomatlaşdırılmış şəkildə rezervlənməsi, şifrləmə vasitələrindən istifadə etməklə məlumatların müxtəlif məkanlarda saxlanılması bulud infrastrukturu üçün zəruri olan təhlükəsizliyi təmin edir.
Təqdim edilən xidmətlər çərçivəsində istifadəçinin seçiminə əsasən rezervlənmə prosesi gündəlik, aylıq və yaxud illik meyarlara əsasən planlaşdırıla bilər. Bununla da, müəssisələr rezervlənmələrin məlumatların artımı bazasında həyata keçirilməsi hesabına yaddaş və trafik xərclərinə qənaət edilməsi kimi üstünlüklər əldə edir.

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
5 liderlik göstəricisi
Biznes planı necə yazmaq lazımdır?
İnvestisiyanın necə cəlb etmək olar?
Biznes plan necə yazılır?
Biznes qurmaq üçün nə lazımdır?