Bakı-Supsa ilə neft nəqli müvəqqəti bərpa edilib

Bakı-Supsa ilə neft nəqli müvəqqəti bərpa edilibRusiya-Ukrayna müharibəsi səbəbindən bağlanmış Bakı-Supsa boru kəməri ilə son 10 ayda ilk dəfə Xəzər dənizindəki "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılan neftin nəqli qısa müddətə bərpa edilib.
Həm AÇG yataqlar blokunu, həm də Bakı-Supsa boru kəmərini idarə edən BP şirkəti axının bərpa olunduğunu təsdiqləyib, eyni zamanda, bir tankerin ötən həftəsonu yükü götürdüyünü, ikincini isə bu həftəsonu götürəcəyini əlavə edib.
Boru kəməri ilə axın keçən il, əvvəlcə müvəqqəti olaraq martda, sonra isə yekun olaraq mayda sərbəst üzən minalarla bağlı xəbərlərdən sonra Qara dənizdə naviqasiya təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən dayandırılmışdı. Bundan sonra Bakı-Supsa ilə nəql olunan neft həcmi Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə yönləndirilib. Bu, ayda təxminən 3 milyon barel neftdir.
BP-dən bildirilib ki, Supsaya axın yalnız fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ fonunda Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhanda BTC boru kəmərinin ixrac terminalının altı günlük bağlanması nəticəsində bərpa edilib.
Müharibədən əvvəl Azərbaycan nefti üç ayrı boru kəməri ilə beynəlxalq bazarlara çıxarılırdı: Bakı-Supsa, BTC və Bakı-Novorossiysk boru kəməri ilə. Üçüncü istiqamət üzrə axın da ötən il eyni səbəblərdən dayandırılmışdı, neft həcmi yenidən BTC-yə yönləndirilmişdi.
Qeyd edək ki, bu gün əsas ixrac neft kəməri sutkada 1,2 milyon barel neft vurmaq gücündədir. BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin daha əvvəl qeyd etdiyi kimi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ötürmə qabiliyyəti sutkada 1,6 milyon bareldən 2,2 milyon barelə qədər artırıla bilər.
BP şirkəti neftin Ceyhan terminalından dünya bazarlarına daşınmasını artıq bərpa edib. Fevralın 6-da baş vermiş güclü zəlzələdən sonra BP Türkiyədəki bütün infrastruktura, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəmərinə və Ceyhandakı neft terminalına baxış keçirməyə başlayıb. Yoxlamalar ciddi problemin olmadığını göstərib. / banker.az

Xəbərlər     Tarix: 01 mart 2023

Oxşar xəbərlər

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler en son xeberler 1000 manatla biznes biznes xeberleri rubl mezenne