Bakıda "Azerbaijan Fashion Week" moda həftəsi başlayıb

Bakıda Bakı Beynəlxalq Dəniz Vağzalının binasında "Azerbaijan Fashion Week" (AFW) 17-ci mövsümünün açılışı olub.
FED.az xəbər verir ki tədbir YARADICI Mədəniyyət və Yaradıcılıq Sənayelərinin İnkişafı Mərkəzinin dəstəyi ilə təşkil olunub. 17-ci mövsümün baş informasiya partnyoru artıq 80 ildir moda və mədəniyyət sahəsində ulduzlar və məşhurlar, parlaq hadisələrdən bəhs edən əsas beynəlxalq brend olan məşhur "Hello!" jurnalıdır. Paris Yüksək Moda Həftəsi və Milanda keçirilən "Fashion Week" nümayişlərinin iştirakçısı, top model Via Lemann AFW 2024-ün 17-ci mövsümünün rəsmi siması və səfiri olub.
"Azerbaijan Fashion Week" çərçivəsində nümayişlərin ilk günü tanınmış azərbaycanlı dizayner Ülkər Hüseynovanın kolleksiyasının təqdimatı ilə açılıb.
Sonra qazaxıstanlı dizayner Dinara Seitova "Studio 4353" brendi altında öz yaradıcılığını nümayiş etdirib. Cənubi Koreyanın "The Bailon" və "The A Story" brendləri də öz kolleksiyalarını təqdim ediblər. Xüsusilə qeyd etmək lazımdır ki, "The A Story" brendi Bakıda keçirilən COP29-da ekoloji cəhətdən təmiz materiallardan istifadəyə görə xüsusi mükafata layiq görülüb. Bu brendin müəllifi və dizayneri Kan So Andır.
Moda nümayişlərinin birinci hissəsini Gürcüstanın "Maison Keti" brendinin kolleksiyası tamamlayıb.
Top-model Via Lemannın sözlərinə görə, "Baku Fashion Week"in siması olmaq təklifini böyük maraqla qəbul edib. "Agentlərim "Azerbaijan Fashion Week"də iştirak etmək təklifi alanda dərhal razılaşdım. Mən çoxdan Bakıya qayıtmaq istəyirdim, çünki bu şəhər öz gözəlliyi və ab-havası ilə məni heyran edib", - deyə Via Lemann qeyd edib.
Model etiraf edib ki, "backstage"də bir çoxu onda güclü təəssürat yaradan dizaynerlərin kolleksiyaları ilə tanış olmaq imkanı əldə edib. "Həftəni açdığım Ülkər Hüseynovanın kolleksiyası həqiqətən unikaldır. Onun geyimində podiuma çıxmaq böyük zövq idi", - deyə o bölüşüb.
Lemann onu da qeyd edib ki, Bakıya hər səfəri onda xoş xatirələr yaradır.
"Bu, mənim Bakıya ikinci səfərimdir və yerli sakinlərin qonaqpərvərliyinə bir daha heyran oldum. Şəhər mənə Xəzər dənizinin sahilində yerləşən balaca Parisi xatırladır - rahat küçələri, memarlığı və unikal ab-havası ilə", - deyə model bəhs edib.
Nümayişlərin ikinci hissəsində "Manzar Zekizade Fashion School" moda məktəbinin Azərbaycan dizaynerlərinin, Rusiyanın "Rina Collection" brendinin və özbək dizayner Şahzoda Muhammedovanın kolleksiyaları təqdim olunub (AzərTac).

Biznes     Tarix: 10 dekabr 2024

Oxşar xəbərlər

Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb

Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb. Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO. xəbə

İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı

Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. "Şəki Yaylası"ndakı hadisə il

Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanda 418 Azərbaycan investisiyalı şirkət qeydiyyata alınıb. xəbər verir ki, bu barədə Gürcüstanın "BusinessPress" nəşri yazıb. Gürcüstanın Milli Statistika İdarəsinin məlumatın

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR

"A-Z Smart Meters" MMC (VÖEN: 1906782361) nizamnamə kapitalını artırır. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr


iqtisadi xeberler bitkoin qiymeti valyuta xeberleri bitkoin almaq kicik biznes