Bakıda daha 150 bina söküləcək?
Bir neçə gündür sosial şəbəkə və bəzi KİV-də Bakıda tramvay xəttinin çəkilməsi məsələsi yenidən gündəmə gəlib. Yayılan məlumatlarda qeyd edilir ki, tramvay xəttinin çəkiləcəyi bəzi ərazilərdə 150 və daha artıq bina söküləcək, torpaq və daşınmaz əmlak tapmaq mümkün olmayacaq.
KONKRET.az məsələ ilə bağlı Trend-in suallarını cavablayan daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov qeyd edib ki, Bakıda şəhərətrafı qəsəbələri birləşdirmək məqsədilə tramvay xəttinin çəkilməsi müzakirə olunurdu.
"O ki qaldı bununla bağlı binaların sökülməsi məsələsinə, bəli, ümumilikdə doqquz və beşmərtəbəli köhnə binaların sökülməsi lazımdır. Amma hansı resursların hesabına? Doqquzmərtəbəli binanı söküb yerində yeni bina tikmək, ümumiyyətlə, sərf etmir və birbaşa zərərdir. Beşmərtəbəli binalar isə o zaman sərf edər ki, onlar yol kənarında yerləşir və baha qiymətə satılır", – deyə o əlavə edib.
Ekspert sosial şəbəkələrdə və bir sıra KİV-də yayılan 112 min tikilinin kütləvi söküntüsünə dair iddialara münasibət bildirərkən qeyd edib ki, 30 il ərzində təxminən Bakı şəhərində 10-15 beşmərtəbəli bina sökülüb.
"Digər binaların sökülməsi, ümumiyyətlə, sərfəli deyil. Bu məsələ tikinti şirkətlərinin üzərinə düşür. 2018-ci ildən sonra inşaat normativləri dəyişib. İnşaat həcmi iki dəfə azalıb. İnşaat şirkətlərinə çoxmənzilli binanı sökərək yeni yaşayış kompleksi tikmək sərf etmir. Ölkədə cəmi 100-ə yaxın tikinti şirkəti var. Onların da bu qədər resursu yoxdur. Amma binalar getdikcə qəzalı vəziyyətə yaxınlaşır".
Ekspert əlavə edib ki, artıq tikinti şirkətləri bina inşa etmək üçün torpaq tapa bilmir.
"Baxmayaraq ki, sayı çox olmasa da bir neçə torpaq sahəsi var, lakin onların sənədi də düzgün deyil. Bu da son illər daşınmaz əmlakın bahalaşmasına səbəb olub", – deyə o əlavə edib.

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Biznes nədir?
İnvestisiyanın necə cəlb etmək olar?
Whatsapp biznesin üstünlükləri nələrdir?
Az pulla hansı işi qurmaq olar?
SMM nədir?