Bakıda dəhşətli qətl: 27 yaşlı qadını əri niyə öldürdü? - TƏFƏRRÜAT
Son bir neçə gündür ki, Bakıda ard-arda ağır cinayətlər törədilir.
azxeber.com Xəzər TV-yə istinadən xəbər verir ki, ya kişi həyat yoldaşını öldürür, ya da əksi olur. Daha bir cinayət hadisəsi gecə saatlarında paytaxtın Nizami rayonunda baş verib.
27 yaşlı qadın yaşayış binasının qarşısında qətlə yetirilib.
Ağır cinayət gecə paytaxtın Nizami rayonu Məmmədəli Şərifli küçəsi 94 ünvanında baş verib.
Baş prokurorluqdan verilən məlumata görə, dünən saat 23 radələrində 27 yaşlı Ayşə Bayramovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər, daha sonra meyiti məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyina aparıblar.
Qonşuların sözlərinə görə, mərhum qadın ailəli olsa da tez-tez nənəsinin yanına gəlib ona baş çəkirmiş.
Həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən Vüsal Bayramov istintaqa cəlb edilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
SWIFT nədir?
Biznes nədir?
Dünyanın əh bahalı brendləri - TOP-10
Bitcoin nədir?
İnvestisiyanın necə cəlb etmək olar?