Bakıda evin önünə "cadulu kukla" qoydu – VİDEO
Bakıda bir qadının evin önünə üzərində müxtəlif dəyişikliklər edilmiş kukla qoyması həyəcana səbəb olub.
KONKRET.az xəbər verir ki, bu barədə axar.az-a evin sahibi Kamran Bağırov məlumat verib.
Onun sözlərinə görə, ev Nəsimi rayonu, Məsud Davudoğlu küçəsində ("Nəsimi" metrostansiyasının arxasında) yerləşir:
"Tanımadığımız qadın evimizin önünə kukla qoyub. Kuklanın qolları kəsilib, ayağı əyilib, kəsilmiş qollarına karandaş yeridilib, boynuna zəncir keçirilib, saçları arxadan düyünlənib. Qadının bütün hərəkəti müşahidə kameralarına düşüb".
K.Bağırov bildirib ki, tanımadığı qadın evlərinin önündən keçərək, mağazaya girib, daha sonra isə ordan çıxıb və kuklanı evin önünə qoyaraq, ordan uzaqlaşıb.
Ev sahibi kuklaya "əməl-cadu" edilməsindən çox narahatdır. Onun sözlərinə görə, kamera görüntülərinə qonşular da baxıb və qadını tanıyan olmayıb. Onun fikrincə, qadın "kuryerdir", bu işin arxasında isə başqa adam dayanır.
K.Bağırov artıq 7 saylı Polis Bölməsinə şikayət edib və araşdırmalar başlayıb.

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
IMEI kod nədir?
Dünyanın ən bahalı restoranları
Cash Back nədir?
Bitcoin nədir?
SMM nə deməkdir?