Bakıda gənc müğənni otelə apardığı xanım həmkarını niyə döydü?

Bakıda gənc müğənni otelə apardığı xanım həmkarını niyə döydü?Bakının Binəqədi rayonunda 1995-ci il təvəllüdlü Camal Axundov tanışı Nərminə (adlar şərtidir – red.) xəsarətlər yetirib.
azxeber.com bizim media-ya istinadən xəbər verir ki, hadisə martın 7-də gecə saat 03.00-da baş verib.
Camal istirahət etdikləri oteldə qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olduqdan sonra, Nərmin yaşadığı evə getməsini tələb edib. Bu səbəbdən onların arasında mübahisə yaranıb.
Mübahisə zamanı Camal Nərmini döyüb.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Camal bildirib ki, Nərmini Dərnəgül yolunda yerləşən kafelərdən birində tanıyıb:
"Martın 6-da saat 20 radələrində həmin kafedə müğənni kimi oxuduğum zaman Nərmin ilə tanış oldum. O, həmin kafedə müğənni kimi oxuyub. Birlikdə bir neçə mahnı oxuduq. Sonra saat 21:00-da oxumaq üçün Nizami rayonu ərazisində yerləşən klublardan birinə dəvət edildim. Bu barədə Nərminə bildirdim. Onun da kluba getməsini istədim. Nərmin də razılaşdı. Birlikdə həmin kluba getdik".
Təqsirləndirilən şəxsin sözlərinə görə, saat 21:30-da kluba çatıblar və həmin klubda saat 00:00 kimi oxuyublar:
"Klub bağlandığı üçün oradan çıxmalı olduq. Klubda Elmir adlı şəxslə tanış olduq. Elmir içkili olduğum üçün avtomobilimi idarəetməyi təklif etdi. Mən isə başqa yerdə yeyib-içməyi təklif etdim.
Həmin vaxtı Elmirin yanında Validə adlı qız tanışı vardı. Yeyib-içmək barədə Nərminə təklif etdim. Nərmin də getməyə razı oldu. Hara gedəcəyimizi bilmədik".
Təqsirləndirilən şəxs deyib ki, sonra Elmirin "Land Rover" markalı avtomobilinə əyləşiblər və otelin qarşısına gəliblər:
"Elmir dedi ki, hər yer bağlıdır, burada yeyib-içək. Birlikdə otelə daxil olduq. Oteldə iki otaq götürdük. Amma dördümüz bir otaqda əyləşdik, birlikdə yeyib-içdik".
Camal deyib ki, içki məclisi bitəndən sonra istirahət etmək üçün Nərmin ilə birlikdə digər sifariş verdikləri otağa keçiblər:
"Birlikdə qaldıqda Nərminə ondan xoşum gəldiyini dedim, onunla cinsi əlaqədə olmaq istədiyimi bildirdim. Nərminin razılığı ilə onunla cinsi əlaqədə olduq. Cinsi əlaqədə olduqdan sonra Nərmin onu evlərinə aparmağımı təklif etdi.
Nərminə dedim ki, yuxum gəlir, həmçinin də avtomobil Elmirindir, o, da öz otağında yatır və bu gün oteldə qalaq, səhər birlikdə oteldən çıxarıq. Nərmin isə təkidlə evə getmək istədiyini bildirdi. Buna görə onunla aramızda mübahisə yarandı. Nərminin şillə ilə qol və baldır hissələrinə iki-üç dəfə vurdum".
Təqsirləndirilən şəxs qeyd edib ki, səhəri gün saat 09:00-da birlikdə oteldən çıxıblar:
"Nərmini yaşadığı Masazır qəsəbəsində yerləşən "Qurtuluş 93" ünvanına apardım. Nərmini maşından düşürdükdən sonra evimə getdim. Sonra Nərminin məndən şikayət etdiyini bildim".
Cinayət işi üzrə zərərçəkmiş Nərminin sözlərinə görə, işlədiyi kafedə Məryəm adlı müğənninin vasitəsilə Camal adlı müğənni ilə tanış olub:
"Həmin günü Camalla bir neçə dəfə mahnı oxuduqdan sonra onunla iş yoldaşı kimi münasibətlərimiz yarandı".
Nərmin daha sonra Camalın təklifi ilə klubda ifa etmələrindən, sonra oteldə olan söhbətlərindən danışıb:
"Oteldə yemək yedik, spirtli içki qəbul etdik. Orada canlı bir neçə Azərbaycan xalq mahnıların ifa etdim".
Nərmin sözlərinə görə, cinsi əlaqədə olduqdan sonra evə getmək istədiyini Camala deyib, Camal isə buna etiraz edərək onu döyüb.
O qeyd edib ki, ertəsi gün evinə gəlib və evdə bədəninə baxdıqda üzərində xəsarətlər olduğunu görüb:
"Bunu görəndə özümü bağışlamadım. Camalın başıma oyun açdığını fikirləşdim. Belə olan halda Camalın barəsində Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə ərizə ilə müraciət etdim. Ərizə verərkən hirsli olduğum üçün Camal tərəfindən oteldə zorlandığımı bildirdim. Amma hazırda bildirirəm ki, Camalla öz razılığım ilə cinsi əlaqədə olmuşam".
Cinayət işinə Binəqədi rayon Məhkəməsində baxılıb. Məhkəmə hökm çıxaran zamanı təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişə dəymiş ziyanın ödənilməsini nəzərə alıb.
Bu səbəbdən məhkəmə Camalın barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.

Xəbərlər     Tarix: 10 sentyabr 2022

Oxşar xəbərlər

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza


iqtisadi xeberler internetden pul qazanmaq iqtisadiyyat xeberleri bitcoin qiymeti birbank