Bakıda kirayə evlərin qiyməti bahalaşıb - Tələbələr ev tapa bilmir

Bakıda kirayə evlərin qiyməti bahalaşıb - Tələbələr ev tapa bilmirSon günlər kirayə mənzil bazarında kəskin qiymət artımı müşahidə olunur. Qiymətlərin əvvəlki aylarla müqayisədə xeyli yüksək olması kirayə mənzil axtaranlara çətinliklər yaradıb. Əvvəllər metro stansiyalarına və ya mərkəzə yaxın ərazilərdə mənzil axtaranlar indi qiymətlərin yüksək olması səbəbilə mərkəzdən uzaq ərazilərə də üz tuturlar.
Bəs, kirayə mənzillərin qiymətinin artması nə ilə əlaqədardır? Hansı ərazilərdə qiymətlər daha yüksəkdir?
Əmlakçı Mülkədar Rüstəmov azxeber.com-a açıqlamasında kirayə mənzil bazarındakı son vəziyyətlə bağlı məlumat verib.
Bakıda kirayə evlərin qiyməti bahalaşıb - Tələbələr ev tapa bilmirO, qeyd edib ki, bu cür vəziyyətin müşahidə olunmasına əsas səbəb pandemiyadır:
"Pandemiyadan öncə tələbələrin qaldığı evlərin əksəriyyəti demək olar ki, şəhərin mərkəzi küçələrində, mikrorayonlarda idi. Pandemiya başlayandan sonra dərslər dayandırıldığı üçün isə tələbələr evləri qoyub rayonlara gedəsi oldular. Onların çıxdığı evlərə isə ailələr yerləşdirildi. Ötən il dərs ili başlayanda həmin o tələbələr təkrar Bakıya qayıtmalı oldu, amma qayıtdıqda evsiz qaldılar. Əksəriyyəti hostellərdə, hotellərdə, gündəlik evlərdə və s. qaldılar. Buna görə də, son bir ildə kirayə böhranı yaranıb. Əsas səbəb isə pandemiyadır".
Əmlakçı qeyd edib ki, şəhərin hər yerində qiymət artımları müşahidə olunur:
"Qiymət artımı hazırda şəhərin hər bir yerində - mərkəzdən tutmuş, mikrorayonlara qədər, Xətai rayonundan tutmuş, Binəqədi, Yasamal, Səbail rayonlarına qədər kirayə mənzil qiymətlərində artım var. Təxmini, 15-20 faiz artımlar müşahidə olunur. Məsələn, 350 manata verdiyimiz iki otaq artıq 400-450 manat civarındadır. Bu gedişat onu göstərir ki, yaxın iki il də bu cür davam edəcək. Günü bu gün də kirayə mənzillərə kifayət qədər tələbat var. Bizdə bir həftəyə 30-32 nəfər yazıldı, əksəriyyəti də tələbədir. Yəni, hazırda kirayəyə tələbat həddən artıqdır. Mənzil tapıb verə də bilmirik. Nəzərə alsaq ki, gələn ay dərs ili də başlayır, sentyabr ayında bu sahədə vəziyyət daha çətin olacaq".
M.Rüstəmov həmçinin bildirib ki, hazırki vaxtda kirayədən çox mənzil almağa daha çox üstünlük verilir:
"İndi belə bir hal müşahidə edirik, artıq bir çoxları kirayə mənzildə qalmaq yerinə ev almağa daha çox üstünlük verirlər. Məsələn, rayondan gəlib 3-4 il qalacaq tələbəyə kiçik də olsa, bir ev almağa çalışırlar ki, kirayədə qalmaqdan daha rahat olsun".
Aydın Nuri

Xəbərlər     Tarix: 30 avqust 2022

Oxşar xəbərlər

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd


iqtisadi xeberler iqtisadiyyat xeberleri avtomobil xeberleri bitkoin almaq dollar məzənnəsi