Bakıda neftlə çirklənmiş torpaqların təmizlənməsi üçün yeni dövlət proqramı hazırlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda neftlə çirklənmiş torpaqların təmizlənməsi üçün 2024-2030-cu illər üzrə yeni dövlət proqramı hazırlayıb, hökumətə təqdim edib.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib.
"Neftli ərazilər Abşeron yarımadasının uzun onilliklərinin problemidir", – deyə o qeyd edib.
Bundan başqa, nazirin müşaviri deyib ki, sahibkarlıq subyektlərinin yoxlamalardan azad edilməsi bəzən problem yaradır: "Zavodlardan ətraf mühitə külli miqdarda tullantı atılır. Bizim səlahiyyətimiz yoxdur ki, zavoda daxil olub monitorinq edək. Halbuki, biz sübut etməliyik ki, bunun əhaliyə ciddi mənfi təsiri var. Buna görə də özəl sektorun, sahibkarların özlərinin korporativ məsuliyyəti olmalıdır. Məncə iş adamlarını cəzalandırmağa deyil, onların bütün məsələlərə korporativ məsuliyyətlə yanaşmasına çalışmalıyıq". / banker.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Biznes nədir?
İnvestisiyanın necə cəlb etmək olar?
Whatsapp biznesin üstünlükləri nələrdir?
Az pulla hansı işi qurmaq olar?
SMM nədir?