Bakıda növbəti İnvestisiya Sammiti - KEÇİRİLƏCƏK
Kiçik və Orta biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) prezidenti Taha Ayhan ilə görüşüb.
FED.az xəbər verir ki, görüşdə KOBİA və təşkilat arasında əməkdaşlığın inkişafından və birgə tədbirlərin təşkilindən məmnunluq ifadə edilib, əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində həmçinin, KOBİA və İCYF arasında bu ilin noyabrında Bakıda növbəti İnvestisiya Sammitinin keçirilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, 2021-ci ilin 27-29 oktyabr tarixlərində Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti keçirilib. İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, KOBİA və ICYF-in təşkilatçılığı ilə keçirilmiş tədbirdə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən dövlət rəsmiləri, beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri, iş adamları, investorlar, startaplar, gənclər təşkilatları, ümumilikdə 20-dən çox ölkədən nümayəndələr iştirak ediblər. Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Fərid Qayıbov, Türkiyə Prezidentinin maliyyə ofisinin müdiri Göksel Aşan, Türkiyə Prezidenti yanında İnvestisiya Ofisinin rəhbəri Burak Dağlıoğlu, Dünya Etnosport Konfederasiyasının prezidenti Necmettin Bilal Erdoğan, Türkiyənin Sənaye və Texnologiyalar nazirinin müavini Çetin Ali Dönməz və s. spiker qismində çıxış ediblər. Sammit çərçivəsində Azərbaycanın, o cümlədən işğaldan azad edilmiş Qarabağın biznes və investisiya potensialı, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iqtisadi və ticarət perspektivləri, post COVID dövründə iqtisadiyyatın bərpası, startap layihələrinə investisiya qoyuluşu kimi mövzularda 7 panel iclas təşkil olunub, İƏT-ə üzv ölkələrdən 50 yeni startapın təqdim olunduğu sərgi keçirilib.

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR
Milyonlar qazandıran qəribə biznes ideyaları
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Necə Bitcoin almaq olar?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Birbank xidmətinə necə qoşulmaq olar?