Bakıda növbəti Kiçik və Orta Sahibkarlıq üzrə - Dünya Forumu Keçirilir

Bakıda növbəti Kiçik və Orta Sahibkarlıq üzrə - Dünya Forumu KeçirilirBakıda növbəti Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu (SME World Forum-2023) keçirilir.
FED.az xəbər verir ki, Kiçik və Orta biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində keçirilən tədbirin məqsədi KOB-ların dəstəklənməsi və inkişafı sahəsində ən yaxşı təcrübənin öyrənilməsi, institusional tərəfdaşlığın genişləndirilməsi, maraqlı tərəflər arasında əməkdaşlıq üçün yeni imkanların müəyyən edilməsi, gənc sahibkarlığın təşviqi, eləcə də Azərbaycanın əlverişli biznes mühitini və potensial investisiya imkanlarını geniş auditoriyaya tanıtmaqdır.
16 noyabr tarixinədək davam edəcək forum çərçivəsində bir sıra silsilə tədbirlər təşkil olunacaq.
SME World Forum-2023 çərçivəsində ilk tədbir noyabrın 14-də "XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi"ndə keçirilib. "Gələcək sahibkarların hazırlanması" adlı tədbirdə KOBİA, Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB), "XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi"nin nümayəndələri, 6 və 9-cu sinif şagirdləri və sahibkarlar iştirak ediblər.
Şagirdlərə sahibkarlığın ilkin sirlərini öyrətmək məqsədilə təşkil olunan tədbir yenilikçi təhsil tədbirlərindən hesab olunur. Gələcəyin biznes liderlərinin hazırlanması üçün vacib elementləri özündə birləşdirən tədbir çərçivəsində ICSB ekspertləri tərəfindən şagirdlərə sahibkarlığın əsas anlayışları, o cümlədən marketinq, qiymət və müştərilərlə davranış barədə zəruri məlumatlar verilib. Sahibkarlıq fəaliyyətinin simulyasiya edildiyi tədbirdə şagirdlər şərti pullardan istifadə etməklə ticarət əməliyyatları aparıb, real işgüzar münasibətlərin qurulması və maliyyənin idarə edilməsini təcrübədən keçiriblər.

Biznes     Tarix: 15 noyabr 2023

Oxşar xəbərlər

Rəsmi məlumat deyir ki, Xankəndidə restoranların illik dövriyyəsi – CƏMİ 1,2 MİLYON MANATDIR

Ötən il Xankəndi şəhərində ictimai iaşə dövriyyəsinin həcmi 1 milyon 270,5 min manat olub. . Hansı rayonun restoranları daha çox qazanır? – RAYONLAR, MƏBLƏĞLƏR, SİYAHI. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki

Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI

Yumşaq inventarlar, yataq ləvazimatları, geyimlər və s. satan "Novruzlu AF" MMC (VÖEN: 1507399671) dövlət satınalmaları üzrə "etibarsız təchizatçı"lar siyahısına əlavə edilib. Müştərilərə məhsulu üzərindək

Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini - AÇIQLADI

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" 2025-ci il ərzində dayanıqlılıq istiqamətində əldə etdiyi nəticələri, həyata keçirdiyi layihələr

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir

"Take-Two Interactive Software" şirkətinin yeni oyunu "Grand Theft Auto VI" ("GTA 6") satışa çıxdığı ilk gün 3 milyard 790 milyon dollar satış gəliri təmin edib. Şirkət bu nəticəyə əsasən oyun

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c


iqtisadi xeberler online pul qazanmaq biznes xeberleri dollar məzənnəsi avtomobil xeberleri