Bakının rəqəmsal əkizi istifadəyə verildi

Bakının rəqəmsal əkizi istifadəyə verildiUzun müddətdir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) tərəfindən bir çox parametrlərinə görə, öz mürəkkəbliyi ilə fərqlənən Bakı və Abşeron regional aqlomerasiyası üzrə rəqəmsal əkizin yaradılması istiqamətində işlər aparılırdı. Beynəlxalq məsləhətçi şirkətin də cəlb olunması ilə hazırlanan rəqəmsal əkiz artıq istifadəyə verilib.
Bu barədə RİNN-dən bildirilib. Qeyd olunub ki, burada nazirliyin strukturları ilə yanaşı, digər dövlət və özəl təşkilatlardan, o cümlədən mobil operatorlardan, naviqasiya şirkətindən əldə edilən həcmi 100-lərlə terabaytla ölçülən milyonlarla rəqəmsal məlumat toplanılıb.
"Son infrastruktur layihələrinin planlanması, müntəzəm marşrut xətlərinin optimallaşdırılması işləri məhz həmin rəqəmsal əkizə əsaslanmaqla icra edilir. Bugünədək ümumilikdə 20-dən çox ciddi investisiya tutumlu layihələr rəqəmsal əkiz üzərində simulyasiya edilib və elmi cəhətdən əsaslandırılmış nəticələr əldə olunub. Ən səmərəli layihələr prioritetləşdirilib. Ölkənin kiçik regionları üçün bu həcmdə bahalı alətdən istifadə olunması elə də məqsədəuyğun hesab edilmir. Beynəlxalq təcrübədə də rəqəmsal əkizlər, adətən mürəkkəb və böyük məlumat emalını nəzərdə tutan regionlar üçün yaradılır".
Həmçinin bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2023-cü il tarixli müvafiq sərəncamı ilə Nəqliyyatı Əlaqələndirmə Şurası yaradılıb. Dövlət başçısının 22 noyabr 2023-cü il tarixli müvafiq fərmanı ilə təsdiq edilən əsasnaməsində də qeyd olunduğu kimi, müxtəlif dövlət qurumlarının nümayəndələrinin daxil olduğu şuraya sədrliyi rəqəmsal inkişaf və nəqliyyat naziri edir. Əsasnaməyə əsasən, ölkədə nəqliyyatın ayrı-ayrı növlərinin koordinasiyalı fəaliyyətinin və əhalinin mobilliyinin təmin edilməsi, yol və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, yol hərəkətinin təşkili, təhlükəsizliyi və tənzimlənməsi sahələrində fəaliyyətin əlaqələndirilməsi və təkmilləşdirilməsi məhz Nəqliyyatı Əlaqələndirmə Şurasına həvalə edilib. / banker.az

Xəbərlər     Tarix: 30 noyabr 2023

Oxşar xəbərlər

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri


iqtisadi xeberler dollarin kursu bu gun valyuta kurslari pul qazanmaq valyuta mezennesi