Bank Goranboyda filialını açdı
Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan AccessBank ölkənin şimal-qərbində daha bir regional filialını açıb.
Marja.az Bankın yaydığı məlumata istinadən xəbər verir ki, yeni Goranboy filialı Ə.Mehdiyev küç ev 19 ünvanında yerləşir.
Filial şəbəkəmizin genişləndirilməsi müştərilərə daha səmərəli xidmət göstərmək və biznesin inkişafına dəstək olmaq məqsədi ilə regionda fəaliyyətimizi gücləndirmək istəyimizi əks etdirir.
Yeni filial müştərilərə kreditlərin, o cümlədən mikro və aqro kreditlərinin verilməsi, istehlak kreditləri, əmanətlərin yerləşdirilməsi, plastik kartların verilməsi, pul köçürmələri, valyuta mübadiləsi və s. xidmətlər təklif edir.
"Yeni regional filialın açılması müştərilərimizə daha yaxın olmaq və onların maliyyə ehtiyaclarını daha yaxşı ödəmək istəyimizdə mühüm addımdır. Əminik ki, Goranboy filialımızın fəaliyyəti sahibkarlığa dəstək olmaq və şimal-qərb regionunda maliyyə əlçatanlığını təmin etmək məqsədlərimizə çatmağa imkan yaradacaq", - AccessBank-ın İdarə Heyətinin üzvü, Mikro və Aqro Müştərilərlə iş üzrə İcraçı Direktor Renat Hümbətov bildirib.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.




Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
Startup nədir və necə olur?
"Freelance" nədir?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
ƏDV geri al və onun üstünlükləri
CV-nin tərtib edilməsi prinsipləri