Banklar necə pul qazanır?

Banklar necə pul qazanır?Bankların gəlir mənbələri hansılardır? Ortalama bir bank nə qədər qazanır?
Bu gün demək olar ki, hər kəsin bank sektoru ilə əlaqə var. Ona görə də, bankların necə pul qazandığı və necə mənfəət əldə etdiyi təbii olaraq, hər kəsə maraqlıdır. Banker.az məhz bu mövzunu araşdırıb təqdim edir.
Bankların mənfəətinin 90%-ini faiz gəlirləri təşkil edir. Banklar əhaliyə kredit verə bilmək üçün mərkəzi bankdan, lakin daha çox əhalidən borc alırlar. Əhalinin bir hissəsi yığdıqları pulu bank əmanətlərinə yatırır. Bank bu pulu götürüb insanlara kredit kimi satır, kreditlərin vaxtı gələndə bank əmanəti verən şəxsə əsas borcunu və faizini ödəyir, qalan pulu isə mənfəət kimi yazır.
Bankların gəlir mənbələrini aşağıdakılar təşkil edir:
Faiz gəlirləri
İnvestisiya əməliyyatları üzrə komissiyalar
Pul köçürmələri (transfer) haqqı
Hesabın saxlanması haqqı
Kredit kartı haqları
Faiz gəlirləri
Banklar tərəfindən pul qazanmağın ən sərfəli üsulu faiz gəlirləridir. Bu, "banklar necə pul qazanır?" sualının da mütləq cavabıdır. Məsələn, bir bank bu il cəmi 500 milyon manat əmanət saxlayıb və ilin sonunda cəmi 50 milyon manat faiz ödəməli olacaq. Bu faizi ödəyə bilmək üçün bank, təbii ki, krediti indiki faizdən qat-qat yüksək faizlə satmalıdır. Məsələn, 10 faizlə aldığı borcu 20 faizlə başqa bir müştəriyə satacaq. İlin sonunda verdiyi 500 milyon manat kreditdən ümumilikdə 100 milyon manat faiz gəliri əldə edəcək. Bu faiz gəlirinin 50 milyon manatını əhaliyə ödəyəcək, qalanını isə mənfəət kimi yazacaq.
Bankların ən çox qazanc əldə etdikləri əməliyyatlardan biri də investisiya əməliyyatlarından əldə etdikləri komissiya gəlirləridir.
Birjada hesab açıb investisiya qoymağa başlayanda bankın vasitəçi qurumuna komissiya ödəməlisiniz. Bu komissiya həcmin ölçüsünə görə dəyişsə də, adətən mində 1 olur. Başqa sözlə, 1000 AZN-lik bir səhm alıb satdığınız zaman cəmi 2 AZN komissiya ödəyəcəksiniz və 2000 AZN-lik ticarət həcminə sahib olacaqsınız.
Birjada bir vasitəçi qurum ilə bir ayda 10 milyard AZN həcmində əməliyyat aparılarsa, bank həmin ay üçün təxminən 10 milyon AZN qazanc əldə edəcək. Üstəlik, bunu yalnız 0.1% komissiya ilə edəcək.
Siz, həmçinin, valyuta ticarəti və ya qızıl ticarətində hər əməliyyat üçün komissiya ödəyirsiniz, lakin çox vaxt bundan xəbəriniz olmur. Banklarla dollar ticarəti aparan müştərilərin ödədikləri "gözəgörünməz komissiyalar"ı toplayanda kifayət qədər böyük məbləğ alınır.
Banklar, adətən, hər əməliyyat üçün təxminən 1% komissiya alırlar. Əgər bir bankdan 100 min AZN dəyərində ABŞ dolları alsanız, təxminən min manat komissiya ödəyəcəksiniz. Yəni, siz bunun əvəzinə daha min manat dəyərində ABŞ dolları əldə edə bilərdiniz.
Pul köçürmə (transfer) haqları
Banklar həyata keçirilən hər bir transfer üçün komissiya alırlar. Bunu bütün banklar etməsə də, transfer haqqı ciddi gəlir mənbəyidir. Məsələn, Türkiyədə pul köçürmə haqqı EFT olaraq ödəndiyi zaman çox ciddi komissiyalar ödənilə bilər: 500 AZN köçürmə üçün təxminən 4 AZN EFT haqqı. Kiçik köçürmələr üçün 3-20 qəpik arası ödəniş alınsa da, köçürmə məbləği artdıqca ödəniləcək məbləğ təbii olaraq artacaq.
Hesabın saxlanması haqqı
Bu da qazanc əldə etməyin köhnə üsuludur. Hanklar hazırda hesab üçün xidmət haqqı almamağa çalışsalar da, hələ də əməliyyat haqqı tutan bank hesabları var. Belə ki, bankda açılan hər bir hesaba əlavə iş vaxtı, əlavə pul xərclənməsi tələb olunur, yəni, bank hər hesaba əlavə vaxt və pul ayırmalıdır.
Hesabın saxlanması haqqı banka heç bir pul qazandırmayan və fəaliyyəti olmayan hesablardan tutulur. Əvvəllər banklar artan passiv hesabların zərərini əvəzləmək üçün belə bir tətbiqə başlasa da, zaman keçdikcə bu, gəlir mənbəyinə çevrildi.
Kredit kartı haqları
Bankların necə pul qazanması sualının daha bir konkret cavabı. Kredit kartı haqları da hesabın saxlanma haqlarında olduğu məntiqlə alınmağa başlamışdı. Sonralar isə kredit kartı limitlərini heç istifadə etməyən müştərilərdən yığılmağa başlayan kredit kartı haqları zamanla hər kəsdən alınan komissiyaya çevrildi. Beləliklə, bank verdiyi hər bir kredit kartından qazanc əldə etməyi özü üçün dəqiqləşdirmiş oldu. Digər tərəfdən, kredit kartlarından haqq almayan bankların sayı artmağa başlayıb. Lakin banklar investisiya və borc münasibətlərindən gəlir əldə etməyə davam edəcəklər.

Xəbərlər     Tarix: 06 yanvar 2023

Oxşar xəbərlər

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə


iqtisadi xeberler dollar mezenne bank faizleri biznes qurmaq bu gunun xeberleri