Bankların SMS-məlumatlandırma xidmətləri üzrə tariflərin artırılmasının səbəbləri açıqlanıb

Bankların SMS-məlumatlandırma xidmətləri üzrə tariflərin artırılmasının səbəbləri açıqlanıbAzərbaycanın bir neçə bankı SMS-məlumatlandırma xidmətləri üzrə tariflərini təqribən 40 qəpikdən 1 manata qədər artırıb.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Rəşad Orucov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
O qeyd edib ki, banklar bu xidmətləri prosessinq mərkəzlərindən alırlar:
"Bu mərkəzlər isə həmin xidmətləri mobil operatorlardan alırlar. Sonradan banklara təqdim edirlər. Son üç ildə prosessinq şirkətlərinin paket şəklində aldığı SMS-qiymətləndirmə tariflərində təqribən 70% artım olub. Sözügedən banklar bu müddət ərzində həmin xidmət haqlarını artırmayıblar. Yalnız indi belə qərar qəbul ediblər".
R.Orucov deyib ki, pensiya kartları və digər sosial kartlar üzrə SMS-məlumatlandırma üzrə xidmət haqları alınmır:
"Təqribən 2 milyon 300 mindən çox pensiya və sosial müavinət kartları var. Bu kartlar üzrə xidmət haqları alınmır. Bankların bir çoxu ümumiyyətlə SMS-məlumatlandırma xidmətlərindən imtina edib. Çünki son dövrlər bankların əksəriyyəti mobil əlavələr istifadə edir. Orda avtomatik onlayn rejimdə aparılan əməliyyatlar haqqında məlumatlar ötürülür. Bu zaman ümumiyyətlə SMS-məlumatlandırma xidmətindən istifadəyə ehtiyac yoxdur. Bankların çoxu tərəfindən bu, müştərilərə əlavə bir xidmət kimi təklif edilir. Müştəri bu xidmətdən istifadə edib-etməməkdə sərbəstdir. Banklar yeni texnologiyalara keçidlə əlaqədar SMS-məlumatlandırmadan imtina edirlər".
AMB sədrinin birinci müavini əlavə edib ki, Mərkəzi Bankın müxtəlif xidmətlər üzrə komissiya haqlarının maksimum həddini müəyyən etmək səlahiyyəti yoxdur: "Banklar haqqında" qanuna görə bu xidmət haqları bank və müştərilər arasında sərbəst şəkildə müəyyən edilir. Lakin bu xidmət haqlarında elə bir ciddi artım yoxdur". / banker.az

Banklar     Tarix: 17 noyabr 2023

Oxşar xəbərlər

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus

Birbank Taksit kartı sahibləri noyabr ayında alış-verişlərindən əlavə 5% bonus qazana biləcəklər. Belə ki, 1–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 30 AZN və daha çox məbləğd

"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib

Rusiyanın "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarında

"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 21 milyon 883 min 166 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyon 606 min 236 manat və ya 10,6% azdır. şirkəti

ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı

ADA Universiteti və Bank of Baku-nun  uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA"

AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü

PAŞA Bank "ZirvədəSən 2026" Təcrübə Proqramına yekun vurub

PAŞA Bankın gənclərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirdiyi "ZirvədəSən 2026" Təcrübə Proqramı başa çatıb. Noyabrın 3-də ADA Universitetində keçirilən bağlanış mərasimində proqram iştirakçıları, mentorlar

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb

İpoteka və Kredit Zəmanət Fondunun, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və "AzInTelecom" MMC-nin BİRGƏ MƏLUMATI. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-c

Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir

Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniyaya start verib. Belə ki, müştərilər kampaniyadan yararlanmaqla Mastercard Black Edition və Visa Infinit


iqtisadi xeberler bitkoin qiymeti telefonla pul qazanmaq bitkoin birbank