Belçika Rusiyanın €50.5 mlrd. dəyərində aktivlərini dondurub
Belçika hakimiyyəti Rusiyanın fiziki və hüquqi şəxslərinə məxsus 50.5 milyard avro vəsaiti dondurub. Bu barədə "Nieuwsblad" qəzeti Belçika Maliyyə Nazirliyinin nümayəndəsi Frensis Adinsə istinadən məlumat yayıb.
Bu 50.5 milyard avroya Belçikada yerləşən pul vəsaitləri və səhmlər kimi bütün növ maliyyə aktivləri daxildir. Onlar 1229 fiziki şəxsə – siyasətçilərə və oliqarxlara, sanksiya altında olan 110 təşkilata, o cümlədən banklar və korporasiyalara məxsusdur.
Banker.az bu barədə "Kommersant"a istinadən xəbər verir.
Aprel ayında Brüsseldə Rusiyanın dondurulmuş aktivləri ilə bağlı daha bir rəqəm açıqlandı – 3.5 milyard avro. Nəşrin yazdığına görə, üç həftə əvvəl Avropanın ədliyyə komissarı Didye Reynders həmin vaxt 13.8 milyard avro məbləğində vəsaitin dondurulduğunu açıqlamışdı.
İyulun 13-də Fond Bazarı İştirakçılarının Milli Assosiasiyası bildirib ki, Rusiya investorlarının Avropadakı dondurulmuş xarici aktivlərinin həcmi təxminən 30 milyard dollar təşkil edir. Xarici investorların Rusiya səhm və istiqrazlarında dondurulmuş aktivləri təxminən 312 milyard dollar həcmində qiymətləndirilir.

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Bitcoin necə işləyir?
Necə Bitcoin almaq olar?
Biznes nədir?
Az pulla hansı işi qurmaq olar?
Digital Card nədir?